Icma.az
close
up
RU
Oliqarx oğlu alimentə etiraz edir Milyonluq obyektləri var

Oliqarx oğlu alimentə etiraz edir Milyonluq obyektləri var

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovın oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan aliment məbləğindən narazıdır. Musavat.com xəbər verir ki, Orxan İsmayılzadə Bakı Apelyasiya Məhkəməsinin ötən həftə verdiyi qərarda aliment məbləğinin 500 manatdan 580 manata qaldırılmasına etiraz edib. Oliqarx oğlunun şikayətinə mayın 12-də Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılacaq.

İş üzrə iddiaçı tərəf əvvəlki qərarın dəyişdirilməsinə etiraz edirlər. Artıq elan olunmuş qərarın qısa müddət sonra yenidən müzakirəyə çıxarılması hüquqi baxımdan izaha ehtiyac yaradır. Xüsusilə də məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi fonunda bu cür dəyişikliklər mübahisə predmetinə çevrilib. Fidan Abbasova Orxan İsmayılzadəyə qarşı iddia qaldıraraq qızları Nilə aliment ödənməsi, ata adının və soyadının verilməsi iddiası ilə çıxış etmişdi. Uzun illərə söykənən məhkəmə çəkişmələrindən sonra, 2026-cı il aprelin 28-də Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Fidan Abbasovanın xeyrinə qərar qəbul olunub. Apelyasiya instansiyası iş üzrə Sabunçu rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsini qüvvədə saxlayıb. Məhkəmə müəyyən edib ki, uşağın şəxsiyyət vəsiqəsində “ata” qrafasında Orxan adı, “soyad” hissəsində isə İsmayılzadə yazılmalıdır.

Bununla yanaşı, aylıq aliment məbləği də 500 manatdan 580 manata qaldırılıb. Halbuki iddiaçının vəkili Asim Abbasov Orxan İsmayılzadənin geniş imkanlarını nəzərə alaraq aylıq 2 min manat aliment kəsilməsini istəyirdi. İşin mahiyyəti ondan ibarətdir ki, Fidan Abbasova qızı Nilin atasının Orxan İsmayılzadə olduğunu deyir, müvafiq sübutlar təqdim edir. Orxan İsmayılzadə isə əksini iddia etsə də, ayrı-ayrı 3 məhkəmənin təyin etdiyi ekspertizalara qatılmaqdan yayınmaqla həqiqətin üzə çıxmasından yayınıb. Fidan Abbasova bildirir ki, Orxan İsmayılzadə ilə 2012-ci ildən faktiki nikah münasibətlərində olublar və bu münasibətlərdən 2015-ci ildə Nil adlı qız övladı dünyaya gəlib. Lakin Orxan İsmayılzadə uşağın atası kimi tanınmaqdan və onun saxlanılmasında iştirak etməkdən imtina edib. Məhkəmə prosesi zamanı təqdim olunan materiallarda tərəflərin birlikdə yaşaması, xarici ölkələrə birgə səfərləri və digər faktlar göstərilsə də, cavabdehin ekspertizadan yayınması səbəbindən əsas sübutlardan biri hesab olunan DNK testi baş tutmayıb. Qanuna görə tərəflərdən biri ekspertizanın işindən iştirakdan yayınması qarşı tərəfin xeyrinə yozulur. Qanuna əsasən, belə halda iddia tələbi təmin edilib.

Xatırladaq ki, Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti intizamlı şəkildə ödəmir. Hətta buna görə onun əmlakları üzərinə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs də qoyulub. Məhkəmə materiallarında göstərilirdi ki, Orxan İsmayılzadənin adına müxtəlif daşınmaz əmlaklar və bahalı avtomobillər mövcuddur. Bunların sırasında qeyri-yaşayış binaları, mənzillər, fərdi yaşayış evi, həmçinin “Hummer H3 Alfa” və “Porsche Panamera Turbo” markalı avtomobillər də vardı. Məhkəmə qərarı ilə həmin əmlakların üzərinə həbs qoyulmuşdu. Maraqlıdır ki, məhz bundan sonra aylarla ödənilməyən aliment borcu hesablanaraq köçürülmüşdü. Əmlakların və nəqliyyat vasitələrin real bazar dəyəri ümumilkdə 1 milyon manatı aşırdı. İndi isə oliqarx oğlu qızını saxlanması üçün müəyyən olunan 80 manatlıq artıma etiraz edir...

Milyonlarla ölçülən əmlakların sahibi öz doğma övladının saxlanılması, normal şərtlərdə yaşamasına qarşı çıxır. Və indi bütün müzakirə 80 manatın üzərindədir. Bəli, cəmi 80 manat...

Bu 80 manat əslində iki dünyanın fərqini göstərir. Bir tərəfdə milyonluq əmlaklar, lüks avtomobillər, yüksək həyat standartı. Digər tərəfdə isə bir uşağın gündəlik ehtiyacları, məktəb xərcləri, sağlamlığı, gələcəyi…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 May 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri