Ölkəmiz ideoloji məkanını da işğaldan təmizləyir Komitə sədri
Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Vətən müharibəsində fərqli bölgələrdən, müxtəlif etnik və dini inanclardan olan milyonlarla insan bir bayraq altında düşmənə qarşı birləşdi. Şəhidlər Xiyabanı xalqımızın vahidliyini əks etdirən müqəddəs məkandır. 44 günlük savaşda parlaq Qələbə xalqımıza qalib siyasi kimlik qazandırdı. Qarabağ Zəfəri Azərbaycanın hərbi qüdrəti ilə bərabər, milli dövlət quruluşunun da gücünü dünyaya nümayiş etdirdi".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib. O bildirib ki, ölkəmiz ərazi bütövlüyünü təmin etdikdən sonra, ideoloji məkanını da işğaldan təmizləyir:
"Qərb insan hüquqları və demokratiyanı, İran şiəlik təbliğatını, Türkiyədə isə müəyyən qruplar etnik kimliyimizi öz maraqları üçün istismar edir, keçmiş imperiya mərkəzləri kimi bizə göstərişlər verirlər. Lakin xalqımız bir paytaxtdan - Bakıdan idarə olunur.Dünyəvi dövlət quruluşunu qoruduğu və 21-ci əsrdə millətimizin bütövlük savaşının qalibi olduğuna görə İlham Əliyev təkcə Ulu öndər Heydər Əliyevin deyil, həm də Mustafa Kamal Atatürkün siyasi varisidir. Qələbədən sonra suverenliyi necə qorumalıyıq? Cavab birdir - Azərbaycanın dünyəvi dövlət quruluşunu qorumaq hüququ heç bir xalqın, dinin və ya məzhəbin əleyhinə yönəlməyib. Bağçamızda böyüyən uşağın, məktəbimizdə təhsil alan şagirdin, universitetimizdə yetişən alimin, məscidimizdə, kilsəmizdə və sinaqoqumuzda ibadət edən insanların inancları fərqli ola bilər. Lakin hamımızın bir ortaq Vətəni və bir qalib dövləti var - Azərbaycan!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















