Icma.az
close
up
RU
Ölkəmizin rəhbərini təhqir etmək mədəniyyətsizlik və nadanlıqdır XİN dən Rusopulosa sərt cavab

Ölkəmizin rəhbərini təhqir etmək mədəniyyətsizlik və nadanlıqdır XİN dən Rusopulosa sərt cavab

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun Alpha News qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik.

"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun Azərbaycan əleyhinə qəbuledilməz fikirlərinə dair şərhində bildirilib.

"Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur.

AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb.

Ölkəmizin rəhbərini təhqir etmək, “diktator” adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Assambleyada hazırkı isterik vəziyyət və onun başında duran diktator Rusopulos AŞPA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət, Avropa Parlamentində də mövcuddur.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı mövqemizə gəldikdə, Azərbaycanın məhkəmənin hakimlərinin seçimlərində iştirak etmədiyi nəzərə alınmaqla, onların qəbul etdiyi qərarların Azərbaycan tərəfindən icra olunmasını tələb etmək absurddur. Bu şəraitdə, məhkəmənin qərarlarının yerinə yetirilməsi mümkün deyil.

Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi, Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib. Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir", – XİN-in sözçüsü deyib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Aprel 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri