Icma.az
close
up
RU
Ömür bitsə də, sənət yaşayır

Ömür bitsə də, sənət yaşayır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağəddin Mansurzadə – 85

Tanınmış yazıçı-publisist, naşir Hacı Ağəddin Mansurzadə 17 il əvvəl dünyasını dəyişsə də, el-obasının, dostlarının və oxucularının yaddaşında yaşamaqda, ehtiramla yad edilməkdədir.

Ağəddin Mansur oğlu Mansurzadə 1940-cı il avqustun 28-də Masallı rayonunun Qodman kəndində, kolxozçu ailəsində anadan olub. ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Ədəbi yaradıcılığa 1964-cü ildən “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “İslam və onun briqadası” adlı ilk oçerki ilə başlayıb. Ardınca dövri mətbuatda müntəzəm çıxış edib. O, 1963-1966-cı illərdə Şumqayıt Şəhər Komsomol Komitəsi 1 saylı tikinti trestində, Neft-Kimya Kombinatı Ümumittifaq Zərbəçi Komsomol Tikinti Qərargahında işləyib. Bir neçə il texniki peşə məktəblərində çalışıb. 1970-ci ildən başlayaraq müxtəlif vaxtlarda “Ədəbiyyat və incəsənət”, “Bakı”, “Ülfət”, “168 saat”, “Dünya pəncərə”, “Bakı Bələdiyyəsi” qəzetlərində və “Mozalan” satirik jurnalında çalışıb.

O, “Mən hamının balasıyam” (1976), “Təzə paltar” (1985), “Cənnətdə görüşənədək” (1998), “İnsan qaranquş deyil” (2000), “Mən Bəxtiyaram” (2000), “Ayağa qalxaq” (2001), “Ədəbi portretlər” (2002), “Ədəbi söhbətlər” (2004), “Ədəbi mülahizələr” (2006), “Karvan gedir” (2007), “Sənətkar xoşbəxtliyi” (2007) və s.əsərlərin müəllifidir. Əsərləri bir neçə xarici dilə nəşr olunub.

Məşhur yazıçılar, ünlü qələm sahibləri ilə səmimi dostluq münasibətləri olan Ağəddin Mansurzadə özü də gənclərə qayğı və diqqət göstərib. Onun insani keyfiyyətləri, yaradıcılığı barədə Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə, Qulu Xəlilli, Teymur Bünyadov, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Qəzənfər Paşayev, Məmməd Aslan, Aqşin Babayev, Vasim Məmmədəliyev, Məryəm Əlizadə, Nizami Cəfərov, Hüseynbala Mirələmov və bir çox başqaları ürəkdən gələn xoş təəssüratlarını, duyğu və düşüncələrini yazıblar.

Ağəddin Mansurzadənin 85 illik yubileyi ərəfəsində onun haqqında “Ömür bitsə də...” adlı xatirə kitabı işıq üzü görüb. Həmin kitabda ünlü yazarların çap olunan məqalələrindən bəzi sitatları oxuculara təqdim edirik.

Mirzə İbrahimov: “Ağəddinin hekayələri bədii fikrin hərəkəti ilə mövzu cəhətdən, surətlərin müxtəlifliyi və süjetin yeni səpkilərdə inkişafı cəhətdən haçalanır, yeni çalarlarla oxucu marağını oxşayır. Bu hekayələrdə ədəbiyyatın qədim və əbədi predmeti sayılan məhəbbətə də, nağılvari yazılara, cazibədar əhvalata da rast gəlirik. Həyati, publisistik mövzu və təsvirlər bu rənglər fonunda heç də öz aktuallığını və əhəmiyyətini itirmir, əksinə, o rənglərə bir parlaqlıq, bir cazi-bə qüvvəsi verir.

…Ağəddin mətbuat səhifələrində dönə-dönə ədəbiyyatımızın, elm və mədəniyyətimizin aktual məsələləri barədə yazmağa məni də ruhlandırmışdır. Mən yazıçı dostlarımdan onun barədə həmişə təqdirəlayiq fikirlər eşitmişəm. Hərdən onun kimi tanışları və dostları yadıma salanda deyirəm: “Kaş bütün insanlar belə olaydı!” Onda hamımızın müqəddəs arzusu olan ideal cəmiyyətə gedən yol bəlkə də bu qədər çətin olmazdı”.

Bəxtiyar Vahabzadə: “Ağəddin Mansurzadəni 70-ci illərdən tanıyıram. Mənim ona olan dostluq münasibətimin əsasında ilk növbədə insanlığı, xeyirxahlığı və alicənablığı durur. Bir kimsəni incitməyən bu insanın qəlbində zərrə qədər kin və küdurətin olmasına inanmıram. Bu keyfiyyət onun Allaha böyük sevgi və inamından irəli gəlir. Allahını tanıyan, onu qəlbində və ruhunda yaşadan Ağəddin mənimçün həmişə əziz və doğma olmuşdur”.

Hüseyn Abbaszadə: “Ağəddinin “Müasir nağıllar” silsiləsindən “Dərinlik” adlı yığcam bir hekayəsi var. Mən onu oxuyanda Ağəddin gəlib durdu gözlərimin önündə. “Dərinlik” hekayəsinin qəhrəmanı–yeri düşəndə iclaslarda haqqı, ədaləti mərdanəliklə müdafiə edən Eynulla müəllimin xarakterində, hərəkətlərində Ağəddinin xarakterinin tanış cizgilərini gördüm.

“Müasir nağıllar” silsiləsindən yadda qalan dəyərli hekayələr çoxdur. Mən ilk növbədə onlardan “Lal Vəli”, “Papaqçı Tərlan”, “Mıx” hekayələrini qeyd etmək istərdim. Ümumiyyətlə, “Müasir nağıllar” silsiləsi nasir kimi Ağəddinin yaradıcılıq uğuru kimi qeyd edilməlidir”.

Qulu Xəlilli: “A.Mansurzadə qələmi oçerk və publisistik məqalələrdə daha kəskin və ötkəmdir. O, mənfiliklərə qarşı bir vətəndaş kimi çox dözümsüzdür. Bu cəhət isə istər-istəməz onun qələminə cəsarət və kəskinlik aşılayır. Bu cəhətdən Azərbaycan və rus dillərində çap etdirdiyi “Ayağa qalxaq”, “Belə məhəbbət olmaz”, “Çukot etüdləri”, “Anadır, yoxsa…”, “Xoş gördük sərkərdə ba-bam”, “Açın qapıları”, “Hələ yara istidir”, “Təmiz su” və s. bu kimi publisistik yazıları xarakterikdir. Müəllif bu tipli yazılarında xalqın mili dirçəliş duyğularını, şüur və təfəkkür qüdrətini həm təqdir edir, həm də bu xalqın ləyaqətinə, tarixinə varlığına, insanpərvərliyinə böhtan atanları qırmanclayır”.

Hüseynbala Mirələmov: “Heç bir dəbdəbə axtarmayan, şan-şöhrətdə gözü olmayan Ağəddin Mansurzadə istər bədii nəsrində, istərsə də sənədli xatirə – povestlərində insan taleyinə həssaslıqla yanaşan, cəmiyyətin və təbiətin problemlərini humanistcəsinə qələmə alan yazıçı-publisist, həm də unudulmaz bir insan kimi mənim xatirəmdə yaşayır. Allah ona rəhmət eləsin”.

Bəli, doğrudan da, ömür bitsə də, xatirələrdə, anımlarda həyat davam edir.

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:405
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri