Icma.az
close
up
RU
Onlara deyin ki, Qarabağ la Bakıdakı oyun çox çətin olacaq Müsahibə

Onlara deyin ki, Qarabağ la Bakıdakı oyun çox çətin olacaq Müsahibə

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi"nin futbolçusu Yuri Matias Rumıniya mətbuatına müsahibə verib.

QOL.az xəbər verir ki, bu ölkənin FCSB klubu ilə “Qarabağ” arasında Avropa Liqası matçı ərəfəsində “Prosport”un suallarını cavablandıran braziliyalı müdafiəçi Rumıniya klubunun turnirdə yaxşı mövqedə olmasına baxmayaraq Ağdam təmsilçisi ilə oyunun çox çətin keçəcəyini bildirib.

- Yuri, “Qarabağ” - FCSB matçında kim qalib gələr?

- FCSB üçün çox çətin matç olacağını deyə bilərəm. "Qarabağ" normal səviyyədə oynasa, FCSB üçün heç-heçə belə çətin olacaq. Düzdür, FCSB Avropa Liqasında yaxşı mübarizə aparır, turnirin sürpriz komandasıdır, lakin onlara bildirin ki, burada çox çətin olacaq.

- Azərbaycanda həyat necədir?

- Mən Azərbaycanı, buradakı həyatı çox bəyənirəm. Bakı çox, çox gözəl şəhərdir. Sakitlikdir, təhlükəsizliyiniz var. Hər şey mükəmməldir.

- “Qarabağ” klubu Azərbaycan üçün nə deməkdir?

- “Qarabağ” son 10 ildə avrokuboklarda yaxşı çıxış edən komandadır. Bu, digər komandaların Avropada çıxış etmək istəməsinə də kömək edir. Azərbaycanın ən çox tarixi olan və ən böyük klubu “Neftçi”dir. Amma son 10 ildə “Qarabağ” dominantlıq edir.

- “Qarabağ” necə futbol oynayır?

- Çox stabil komandadır. Bir çox futbolçu 5-6 ildir bir yerdədir. 17 ildir eyni baş məşqçi ilə davam edirlər. Meydana kimin girməsindən asılı olmayaraq bütün oyunçular nə etməli olduqlarını bilirlər. Onlar çoxlu şanslar yaradan, topa sahib komandadır. “Qarabağ” heç nədən qol imkanları yaradır.

- “Qarabağ”da ən təhlükəli oyunçu kimdir?

- Ən təhlükəli oyunçu getdi (Juninyonu nəzərdə tutur – QOL.az), amma komandada yaxşı oyunçular çoxdur. Abdullah Zubir çox yaxşı oyunçudur. Romao, Yankoviçin komandada mühüm rolu var.

- “Qarabağ”ın ən yaxşısı komandadan ayrılan braziliyalı idi?

- Bəli, Juninyo. Çempionatın ən yaxşı oyunçusu idi. Onu saxlamaq mümkün deyildi. “Flamenqo” onun üçün 5 milyon avro ödədi. Amma “Qarabağ”ın futbolçuları üçün  həmişə təkliflər olur. Onlar 2-3 milyon avroluq təklifləri rədd ediblər. Klubun pulu və çox yaxşı strategiyası var.

- “Qarabağ” futbolçularına hansı maaşları təklif edir?

- Rumıniyanın heç bir klubu orta hesabla belə maaş təklif etmir. Bu klubda maaş Rumıniyada təklif olunanlardan daha çoxdur.

-  "Qarabağ" Rumıniya çempionatında çempion ola bilər?

- Bunu dəqiq deyə bilmərəm ki, titul alarlar, yoxsa yox, amma 200 faiz əminliklə söyləyirəm ki, çempionluq uğrunda sona qədər mübarizə apararlar. Ötən mövsüm ikinci yerdən 25 xal fərqlə çempion oldular. Üstəlik matçların yarısının ikinci heyətlə oynandığı şəraitdə bunu etdilər. Onların çox balanslı komandası var. Məşqçi tez-tez çoxlu rotasiyalar edir.

- “Neftçi”də vəziyyət necədir?

- Təəssüf ki, komanda bizim istədiyimiz yerdə deyil. “Neftçi” Azərbaycanın ən çox sevilən klubudur və əgər uğurlu nəticə yoxdursa, narazılıq normaldır. Komandanı yenidən qurmağa çalışırıq. İndi “Neftçi”yə komandaya son dəfə çempionluq qazandıran baş məşqçi gəlib. Adrian Mutudan sonra Monteneqrodan, daha sonra isə Ukraynadan gələn baş məşqçimiz var idi.

- Öz oyunun və “Neftçi”dəki gələcəyin haqda nə deyə bilərsən?

- Şəxsən mən bütün matçlarda start heyətdə çıxış etdiyim üçün razıyam. Mən yalnız zədələnəndə oynamadım. Amma heç vaxt ehtiyat oyunçu olmadım. İndi hələ iyuna qədər müqaviləm var. Klubdan müqaviləmin uzadılması təklifini gözləyirəm.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri