“Ordu”nun basketbolçusu: “Səhvlərimizin təkrarlanmaması üçün əlimizdən gələni edirik” İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Komandamız püxtələşir”.
İdman.biz xəbər verir ki, bunu "Ordu"nun basketbolçusu Ramazan Qarayev klubun mətbuat xidmətinə deyib.
O, Azərbaycan Basketbol Liqasında arxada qalan 9 turu dəyərləndirib. Qarayevin sözlərinə görə, məğlub olduqları matçlar onlara dərs olub: " Biz həmin oyunlardakı səhvlərimizi görmüşük və onların təkrarlanmaması üçün əlimizdən gələni edirik. Komandanın motivasiyası, əzmkarlığı getdikcə güclənir. Hətta uduzduğumuz oyunlarda belə oyunçularımızın qələbə qazanmaq istəyi çox yüksək olub. Qarşıda hələ çoxlu matçlar var. Məğlubiyyət də ola bilər, qələbə də. Əsas odur ki, komanda kimi qarşıya qoyduğumuz məqsədə çataq. Fikrimcə, buna nail olacağıq”.
Qeyd edək ki, "Ordu" Azərbaycan Basketbol Liqasının B qrupunda 15 xalla birinci sırada qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















