Icma.az
close
up
RU
Ormana kəndi BMTnin 2024cü ilin ən yaxşı turizm kəndləri arasında seçildi

Ormana kəndi BMTnin 2024cü ilin ən yaxşı turizm kəndləri arasında seçildi

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ormana kəndi Antalyanın mərkəzində, Toros dağlarının ətəklərində yerləşir. Bu kənd  Dünya Turizm Təşkilatı (UN Tourism) tərəfindən “2024 Dünya Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Bu beynəlxalq tanınma ilə kəndin tarixi dəyəri, təbii gözəllikləri və davamlı turizmə verdiyi töhfə təsdiqlənmiş oldu. Ormana, Mustafapaşa və Taraklı (2021), Birgi (2022) və Şirincədən (2023) sonra siyahıya daxil olan Türkiyənin 5-ci kəndidir.Toros Dağlarının qoynunda qədim Yörük kəndi

Manavqat çayının qaynağı olan Ormana, Antalya şəhər mərkəzindən cəmi 2,5 saatlıq məsafədə, İbradı mahalında yerləşən qədim bir Yörük kəndidir. Hellenistik dövrdən bəri yaşayış məskəni olan bu kənd, mədəni-tarixi möcüzələri və  gözəl  istirahət imkanları ilə seçilir. 600 nəfərlik kiçik əhalisi olan Ormana, qorunub saxlanılan memarlıq nümunələri və artıq 57 ildir qeyd olunan üzüm festivalı ilə orijinallıq axtaran səyyahların diqqətini çəkir.

350 illik memarlıq möcüzəsi: düymə evlər

Ormana tarixin, mədəniyyətin və təbiətin əsrlərlə davam edən ahəngini təqdim edir. Kəndin düymə evləri daş və sidr ağacı ilə heç bir məhlul istifadə edilmədən tikilib. Yerli memarlığın ən dayanıqlı nümunələrindən olan bu evlərdə ağac çərçivələr görünən hissələri düymə şəklində olduğu üçün bu adla adlandırılır.

Bu evlərin tikinti üsulu nə qədər unikal olsa da, daha maraqlısı onların dayanıqlığıdır. Torpaq hərəkət etdikdə daşlar elastik hərəkət edə bilir və qalın divarları qışda isti, yayda isə sərin qalır. Son illərdə bu evlər bərpa edilərək butik otellərə çevrilib və turistlərə bölgənin ruhunu hiss etmək və unikal yerli həyat tərzini yaşamaq imkanı təqdim olunur.

Təbiətdə macəralar

Ormana yalnız unikal memarlığı ilə deyil, həm də tarixi və təbii zənginlikləri ilə diqqət çəkir. Təbiət müşahidəsi, foto-safari, mağara tədqiqatı və yürüş kimi bir çox fəaliyyətlər burada mümkündür. Altınbeşik Mağarası və Eynif Düzü Ormana kəndi və ətrafında mütləq görülməli yerlər arasındadır.

Altınbeşik Mağarası, Türkiyənin ən böyük, Avropanın isə üçüncü ən böyük yeraltı gölünə ev sahibliyi edir. Buradakı traverten, sarkıt və dikitlər möhtəşəm bir mənzərə yaradır. Bundan əlavə, tarixi İpək Yolunun keçdiyi və yüzlərlə vəhşi yılkı atlarına ev sahibliyi edən Eynif Düzündə Səlcuq dövrünə aid Tol Xan və Roma dövründən qalma Erymna antik şəhəri ziyarətçiləri gözləyir.

Ormana, həmçinin üzüm bağları ilə məşhurdur. Bura gələnlər kəndin dadlı çavuş üzümlərini yeyib, keçi pendiri ilə birlikdə bu ləzzətlərin fərqli bir harmoniyasını hiss edə bilərlər. Sentyabr ayında üzüm festivalı keçirilir və bu dövrdə Ormananı ziyarət edənlər həm festivalda iştirak edə, həm də üzümçülük mədəniyyəti ilə tanış ola bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see162

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri