Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

“Orta əsr Gəncəsinin şirli keramikası” kitabının təqdimatı olub AZƏRTAC

“Orta əsr Gəncəsinin şirli keramikası” kitabının təqdimatı olub AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyində “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, müxtəlif qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı kitabın rəhbərlik etdiyi muzeyin Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu ilə beynəlxalq əməkdaşlığı çərçivəsində hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, yeni nəşr muzeyin Arxeologiya fondunda qorunan şirli keramika kolleksiyasının illüstrasiyalı albomla müşayiət olunan ilk kompleks tədqiqatıdır. Kolleksiyanın əsasını tanınmış Azərbaycan arxeoloqu İshaq Cəfərzadə tərəfindən 1938-1940-cı illərdə Gəncə şəhər yeri ərazisində aparılmış qazıntılarda əldə olunan arxeoloji materiallar təşkil edir.

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan və Özbəkistan mütəxəssislərinin iştirakı ilə həyata keçirilən “Gəncənin IX-XV əsrlər şirli keramikası” adlı layihə barədə məlumat verən alim sözügedən layihəyə əsasən qədim Gəncənin şirli keramikası üzərində araşdırmaların aparıldığını, şirli keramika nümunələrinin dövrlər üzrə qruplaşdırıldığını, təsvir və ölçülərinin götürüldüyünü söyləyib. O, həmçinin muzeyin Bərpa laboratoriyasında şirli keramikanın restavrasiyası və konservasiyası üzrə nəzəri və təcrübi məşğələlərin həyata keçirildiyini deyib.

Direktor “Gəncənin IX-XV əsrlər şirli keramikası” layihəsi çərçivəsində müştərək beynəlxalq əməkdaşlığın nəticəsi kimi ərsəyə gələn kitabın mühüm mənbə rolunu oynadığını, Gəncə şirli keramika məktəbinin mövcudluğunu isbat etdiyini bildirib.

Akademik Nailə Vəlixanlı Azərbaycan və Özbəkistan arxeoloqlarının dörd illik gərgin zəhmətinin bəhrəsi olan nəşrin elmi əhəmiyyətini vurğulayıb, müəlliflərə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev çıxış edərək, kitabda Gəncə şəhərinin orta əsr dövründəki keramika sənəti incəliklərinin və bu sənətin regionun mədəni inkişafındakı rolunun ətraflı şəkildə işıqlandırıldığını bildirib. O, rus və ingilis dillərində nəfis şəkildə çapdan çıxmış kitabın Türk dünyasının zəngin irsini, mədəniyyətini öyrənmək və beynəlxalq aləmdə təbliğ etmək baxımından önəmini qeyd edib. Bildirib ki, kitabda yer alan arxeoloji mənbələr, elmi araşdırmalar türk xalqlarının ayrı-ayrı mədəniyyətlərə deyil, əksinə, qırılmaz bağlara malik müştərək türk mədəniyyətinə sahib olduqlarını isbat edir.

Akademik Şahin Mustafayev vurğulayıb ki, nəşrdə müəlliflər türk dünyasının xüsusiyyətlərini dolğun məlumatlar əsasında əks etdirməklə türklüyün bütövlük gerçəkliyini sübut edib, türk sivilizasiyasının bölünməzliyini, türk dünyasının vəhdətini elmi əsaslarla təqdim etməyə nail olublar.

O, şirli keramikanın analizi aparılarkən müqayisəli material kimi Azərbaycan, Mərkəzi Asiya, İran və digər orta əsr şəhərlərində aşkar edilən, bədii-texnoloji baxımdan Gəncə kolleksiyası ilə oxşar cəhətləri olan nümunələrin də tədqiqata cəlb olunduğunu söyləyib. Bildirib ki, əsərdə Gəncənin şirli keramikası ilk dəfə əhatəli şəkildə tədqiq olunub.

Akademik Şahin Mustafayev “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabını mədəni irsimizin daha dərindən öyrənilməsi və Türk dünyasının mədəniyyət tarixinin təbliği baxımından əvəzsiz tarixi mənbə kimi dəyərləndirib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktoty Raimkulova, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri professor Qafar Cəbiyev və həmin institutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli çıxış edərək kitabın elmi məziyyətlərindən danışıblar. Çıxışçılar ictimaiyyəti maarifləndirmək, türk dünyasının maddi-mədəni dəyərlərini müasir dövrdə yetişən nəsillərə aşılamaq baxımından əsərin əhəmiyyətini qeyd ediblər.

Sonda kitabın müəllifləri - Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri tarix elmləri doktoru Tarix Dostiyev və Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aysulu İsgəndərova çıxış edərək, nəşrin orta əsr Gəncəsinin şirli keramikası haqqında mühüm məlumatların toplandığı qiymətli vasitə olduğunu söyləyiblər. Onlar kitabın ərsəyə gəlməsində əməyi olanlara, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabının elmi redaktorları akademiklər Nailə Vəlixanlı və Şahin Mustafayevdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri