Icma.az
close
up
RU
Ortaq maraqlar, yeni hədəflər

Ortaq maraqlar, yeni hədəflər

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiya Respublikasına ilk rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Eyni zamanda bu görüş regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır. Prezident İlham Əliyevin Slovakiyanın paytaxtı Bratislavada yüksək səviyyədə qarşılanması və səfərin Slovakiya rəhbərliyi tərəfindən son dərəcə mühüm siyasi hadisə kimi dəyərləndirilməsi bu münasibətlərin strateji çəkisini açıq şəkildə göstərir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış etdilər. Bəyanatda bir çox məsələlərlə yanaşı nəqliyyat-logistika sahəsinə dair fikirlər də xüsusi yer aldı. Dövlət başçıları gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanların genişləndirilməsi məsələsi haqqında fikirlərini bölüşdülər. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi: “Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”. Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında çox böyük potensiala malik olan bu məsələnin önə çəkilməsi tərəflərin real iqtisadi dəyər yaradan əməkdaşlıq mərhələsinə keçməsinə zəmin yaradır. Son illərdə nəqliyyat sektoruna qoyulan sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Bu marşrut Orta Asiyanı Avropa ilə birləşdirir, yüklərin ən təhlükəsiz və sürətli keçidini təmin edir, Azərbaycanın geostrateji əhəmiyyətini artırır.
Bu gün Azərbaycan öz təbii qazını bir çox ölkələrə ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı kimi lider dövlətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”. Bu mesaj yalnız texniki deyil, həm də strateji-siyasi məna daşıyır. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetrdir, bunun yarısı Avropaya nəql olunur. Artıq Aİ-yə üzv 8 ölkə Azərbaycan qazını alır. Yeni yataqların işlənməsi isə təchizat həcmlərinin daha da artacağını göstərir.
Əminliklə deyə bilərik ki, bu səfər iki ölkə arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin növbəti mərhələyə keçməsinə, qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlığın təmin olunmasına zəmin hazırlayacaq. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, Avropa İttifaqının üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır.Bu baxımdan Prezident İlham Əliyevin Slovakiya səfəri, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirən və ikitərəfli əlaqələrin genişlənməsi üçün yeni perspektivlər açan əhəmiyyətli bir addımdır.

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri