Osimhen məhkəməyə verildi
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen yenidən hüquqi problemlərlə üzləşib. Sport24.az xəbər verir ki, "Mercedes" şirkəti nigeriyalı futbolçudan şikayət edərək, məsələni vergi orqanlarına və məhkəməyə qədər çatdırıb.
Osimhen "Napoli"də çıxış etdiyi dönəmdə kreditlə məşhur "Mercedes G-Class" ("qalik") avtomobilini alıb. Başlanğıcda ödənişləri həyata keçirsə də, sonradan onun kredit öhdəliklərini yerinə yetirmədiyi bildirilir. Türkiyəyə köçdükdən sonra isə o, bu məsələni tamamilə diqqətdən kənarda qoyub.
Müqavilə şərtlərinə əsasən, belə hallarda şirkət avtomobilin geri qaytarılmasını tələb edə bilərdi. Ancaq Osimhen bu tələbə də məhəl qoymayıb və nəticədə "Mercedes"in hüquqşünasları məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar.
Maraqlıdır ki, 27 yaşlı futbolçu hazırda İstanbulda "qalik" deyil, təxminən yarım milyon avro dəyərində olan "Lamborgini Revuelto" ilə görüntülənir.
Baxış sayı:109
Bu xəbər 29 Aprel 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















