Öskürək və bronxiti sağaldan UCUZ VASİTƏ. Çinlilər COVIDi də müalicə edirlər
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Apteklərdə ucuz qiymətə satılan biyan kökü siropu öskürək və bronxitin müalicəsində çox effektlidir.
Biyan kökü sınanmış bəlğəmgətirici vasitədir - bəlğəmi durulaşdırır və onun nəfəs yollarından xaric olunması prosesini asanlaşdırır. Bəlğəmin nəfəs yollarında toplanması burada mikrobların sürətlə artmasına və xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur.
Həmçinin biyan kökü immun sistemini stimullaşdırır və möhkəmləndirir, soyuqdəymə və virus infeksiyaları zamanı sağalmanı tezləşdirir.
Saglamolun.az bildirir ki, biyan kökü Çində koronavirusun müalicəsində də istifadə olunur.
Biyan kökü siropunun böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün dozası – gündə 3 dəfə 1 çay qaşığı olmaqla. Sirop yarım stəkan suda qarışdırılır və içilir.
Kişik yaşlı uşaqlar üçün dozanı müəyyən etmək üçün pediatrla məsləhətləşin.
Nəzərinizə çatdıraq ki, bəzi xəstəliklər zamanı (məsələn, şəkərli diabet, hipertoniya) biyan kökü siropunun qəbulu insana ziyan vura bilər. Hər hansı xroniki xəstəliyiniz varsa, biyan kökünü qəbul etdikdən əvvəl həkimlə məsləhətləşin.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Noyabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















