Ötən ilin sonuna qədər müharibədə 352 min rusiyalı ölüb Yeni araşdırma
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olan rusların sayı 2025-ci ilin sonuna qədər 352 minə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu məlumatlar “Medusa” və “Mediazona” nəşrlərinin birgə araşdırmasında qeyd olunub.
Bildirilir ki, məlumatlar “Mediazona”nın BBC Rus Xidməti və bir qrup könüllü ilə birlikdə tərtib etdiyi ölənlərin siyahılarına, eləcə də Rusiya Vərəsəlik İşləri Reyestrinin məlumatlarına əsaslanır.
Tədqiqatın müəllifləri həlak olan əsgərlərin siyahısını və miras işləri reyestrini müqayisə edib və bu yolla müharibədə həlak olanların bütün yaş və sosial qrupları üçün reyestrə daxil olma ehtimalını hesablayıblar. Daha sonra, bu əmsala əsasən, jurnalistlər miras işlərini itkilər haqqında real məlumatlara çeviribər.
Jurnalistlər bildirirlər ki, onlar Ukraynada Rusiyanın tərəfində döyüşən digər dövlətlərin həlak olmuş vətəndaşları ilə bağlı məlumatları hesaba qatmayıblar.
Qeyd edək ki, Rusiya Ukraynada həlak olan rus əsgərlərinin sayını rəsmi olaraq açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:Ötən ay bu mənasız müharibədə 20 min rus əsgəri ölüb
01 Avqust 2025 20:08
Ötən il Ukraynadakı müharibədə 3000 mülki şəxs ölüb
13 Fevral 2026 18:29
Rusiyalı deputat Vitali Milonovun qardaşı Ukraynada müharibədə ölüb
19 Avqust 2025 16:04
Azərbaycanda ötən ay zəhərlənmədən bu qədər insan ölüb
02 Mart 2026 10:33
Ukrayna ötən il müharibədə nə qədər vəsait xərcləyib?
16 Yanvar 2025 23:50
Baxış sayı:190
Bu xəbər 09 May 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















