Icma.az
close
up
RU
Ötən illə müqayisədə Azərbaycanın iqtisadi dövriyyəsinin artması müşahidə olunur AQC SƏDRİ

Ötən illə müqayisədə Azərbaycanın iqtisadi dövriyyəsinin artması müşahidə olunur AQC SƏDRİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi son dövrlərdə əhəmiyyətli artım nümayiş etdirmişdir. Cari ilin əvvəlindən etibarən, iki tərəf arasında ticarət dövriyyəsində təxminən 35%-lik artım qeydə alınmışdır. Hazırda, ilin ilk 4 ayı ərzində ticarət dövriyyəsinin həcmi 7 milyard ABŞ dollarını keçmişdir və ilin sonuna qədər bu rəqəmin təqribən 20 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyəyinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, ümumi ticarət dövriyyəsinin təxminən 1 milyard ABŞ dolları həcmindəki hissəsi Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixrac etdiyi məhsullara aiddir. Təxminən 6 milyard ABŞ dolları isə ölkənin Avropa İttifaqından idxal etdiyi məhsulların dəyərini təşkil edir.

Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi artmaqda davam edir. Əlavə olaraq, cari il ərzində təqribən 20 milyard ABŞ dolları dəyərində olan ticarət əməliyyatlarının çərçivəsində, Azərbaycan Avropa ölkələri ilə 12-si bu dövlətlərdən olmaqla, ümumilikdə 10-a yaxın ikitərəfli iqtisadi və ticarət sazişi həyata keçirmiş və razılaşdırmışdır. Bu göstəricilər Azərbaycanın Avropa İttifaqı ölkələri ilə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyini təsdiqləyir.

Arzuolunan məqsəd, Azərbaycanın ümumi ticarət dövriyyəsində Avropa ölkələrinə ixracın həcmini artırmaq və idxal ilə ixrac arasında tarazlı balansın formalaşmasına nail olmaqdır. Bu isə öz növbəsində iqtisadi münasibətlərin qarşılıqlı fayda, bərabər hüquq və simmetrik ticarət həcmi əsasında inkişafını təmin edir.

Azərbaycanın gələcək iqtisadi perspektivləri və inkişaf strategiyası çərçivəsində ixrac potensialının artırılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Bu istiqamətdə, ölkədə istehsal edilən məhsulların həcminin genişləndirilməsi və həmin məhsulların xarici bazarlara, xüsusilə də Avropa bazarına ixracı xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən məhsullar əsasən Azərbaycan mənşəli milli brend məhsullardır. Onlar ərzaq və qeyri-ərzaq sektorunda istehsal olunur və “Made in Azerbaijan” markası altında beynəlxalq bazarlarda tanınmağa və tələbat qazanmağa davam edir".

İqtisadçı qeyd edir ki, eyni zamanda qeyd edilməlidir ki, Azərbaycanın texnoloji inkişafı hökumət tərəfindən strateji prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir: "Ölkədə iqtisadi sabitlik şəraitində texnoloji yeniliklərin tətbiqi və texnologiya yönümlü məhsulların istehsalı üçün əlverişli zəmin formalaşmışdır. Bu isə Azərbaycanın daxili bazarının texnoloji məhsullarla təmin olunması ilə yanaşı, həmin məhsulların xarici bazarlara, xüsusilə Avropa ölkələrinə ixracı baxımından da yeni imkanlar yaradır.

Hazırkı vəziyyətdə, ötən illə müqayisədə Azərbaycanın iqtisadi dövriyyəsinin, o cümlədən xarici ticarət dövriyyəsinin artması müşahidə olunmaqdadır. Bu artım həm Azərbaycanın Avropa ölkələrindən idxal etdiyi məhsulların həcminin yüksəlməsi, həm də Azərbaycanın həmin ölkələrə ixrac etdiyi məhsulların artımı ilə müşayiət olunur. Bu tendensiya müsbət indikator olmaqla, Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin genişlənməsi və möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

Qlobal iqtisadi və geosiyasi reallıqlar kontekstində, xüsusilə Avropa İttifaqı ilə Rusiya Federasiyası arasında Ukrayna münaqişəsi fonunda yaranmış gərginlik, Avropa bazarlarında alternativ tədarük kanallarına və tərəfdaşlara olan tələbatı artırmışdır. Bu kontekstdə Azərbaycan üçün yeni ixrac imkanlarının yaranması və Avropa bazarlarında daha aktiv mövqe tutmaq imkanları formalaşmışdır"- deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri