Icma.az
close
up
RU
Oynaq ağrılarınızın səbəbi artrit ola bilərmi?

Oynaq ağrılarınızın səbəbi artrit ola bilərmi?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1996-cı ildən etibarən oktyabrın 12-si bir çox ölkələrdə Ümumdünya Artritlə Mübarizə Günü kimi qeyd edilir.

Bu təqvim gününün qeyd olunmasında əsas məqsəd revmatoloji xəstəliklər və artritin formaları haqqında ictimaiyyəti məlumatlandırmaq, xəstəliyin erkən diaqnostikası, profilaktikası, tibbi və sosial bərpası məsələlərinə diqqəti cəlb etmək, həkim, xəstə və ictimaiyyətin səylərinin birləşdirilməsidir.

Artritin yaranma səbəbləri, növləri və əlamətləri, onun müalicəsi və digər suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Gülnar Bağışova aydınlıq gətirib

Bakıvaxtı.az müsahibəni təqdim edir:

- Gülnar xanım, ilk öncə bilmək istərdik ki, artrit nədir?

- Artrit — oynaq toxumalarının iltihabi proseslərlə zədələnməsi nəticəsində yaranan xroniki xəstəliklər qrupudur. Bəzən bu xəstəlik bir neçə oynağa eyni anda təsir göstərə bilər. Əslində “artrit” termini 100-dən çox fərqli oynaq xəstəliyini özündə birləşdirir. Bunlara osteoartrit, revmatik artrit, podaqra və digər formalar daxildir.
Artrit zamanı oynaq qığırdağı, kapsul, sinovial maye və ətraf toxumalar zədələnir. Bu, ağrı, şişkinlik, hərəkət məhdudluğu və bəzən oynaqların deformasiyasına gətirib çıxarır. Xəstəlik tədricən inkişaf və illərlə davam edə bilər. Bəzi hallarda isə kəskin formada başlayır və sürətlə irəliləyir. Artrit hər yaşda müşahidə oluna bilər, lakin daha çox 40 yaşdan yuxarı insanlarda rast gəlinir.

- Artritin yaranma səbəbləri nələrdir?

- Artritin yaranma mexanizmi çoxkomponentlidir və növündən asılı olaraq dəyişir. Əsas səbəblərdən biri immun sistemin pozulmasıdır. Revmatik artrit kimi autoimmun formalarda orqanizmin müdafiə sistemi səhvən öz oynaq toxumalarına hücum edir. Bu, davamlı iltihaba, toxuma zədələnməsinə və nəticədə oynaqda deformasiyaya gətirib çıxarır.
Digər mühüm səbəb isə mexaniki aşınmadır. Uzunmüddətli fiziki yüklənmə, artıq çəki və yaşlanma qığırdağın qoruyucu səthini incəldir, nəticədə oynaqlar arasında sürtünmə artır və ağrı yaranır. İnfeksion artrit isə bakteriya və ya virusların oynaq boşluğuna keçməsi nəticəsində formalaşır. Bu halda oynaq içində irinli maye toplanır.
Metabolik pozğunluqlar da mühüm rol oynayır, məsələn, podaqrada sidik turşusunun kristalları oynaqlarda çökməklə iltihab yaradır. Genetik meyllilik, hormonal dəyişikliklər, travmalar və soyuqlama da artritin inkişafında risk faktorları sayılır.

- Doktor, artritin əlamətləri hansılardır?

- Artritin klinik mənzərəsi onun növündən və mərhələsindən asılıdır, lakin bəzi ümumi simptomlar əksər hallarda müşahidə olunur. Ən çox rast gəlinən əlamət oynaq ağrısıdır. Ağrı, xüsusilə, hərəkət zamanı artır və istirahət zamanı bir qədər azalır. Səhər saatlarında və ya uzun müddət hərəkətsizlikdən sonra oynaqlarda sərtlik hiss olunur. Bu sərtlik bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər.
Oynaqlarda şişkinlik və istilik artımı da iltihabın göstəricisidir. Ətraf dərisinin qızarması, toxunduqda ağrı və hərəkət məhdudluğu xəstəliyin tipik əlamətlərindəndir. Xroniki gedişli artritlərdə oynaqların forması dəyişə bilər. Bu, xüsusilə barmaqlarda və diz oynaqlarında nəzərə çarpır. Bəzi xəstələrdə ümumi halsızlıq, yuxusuzluq, hərarət və iştahsızlıq da müşahidə olunur.

- Artritin növləri hansılardır?

- Artritin 100-dən çox forması mövcuddur, lakin klinik praktikada daha çox 5 əsas növ müşahidə olunur.
Osteoartrit (artroz) — ən çox rast gəlinən formadır. Qığırdaq toxuması mexaniki aşınma nəticəsində nazilir və sümüklər bir-birinə sürtünməyə başlayır. Bu, xüsusilə diz, omba və bel oynaqlarında müşahidə olunur. Revmatik artrit — autoimmun mənşəli xroniki xəstəlikdir. İmmun sistemi oynaq toxumasına qarşı anticisimlər yaradır. Əllərin, biləklərin və barmaqların kiçik oynaqları daha çox zədələnir.
Podaqra artriti — sidik turşusunun kristallarının oynaqlarda çökməsi nəticəsində yaranır. Ən çox ayaq baş barmağında ağrılı iltihabla özünü göstərir. Psoriaz artriti — dəri psoriazı olan şəxslərdə müşahidə olunur. Həm dəri, həm də oynaq eyni vaxtda iltihablanır.İnfeksion (septik) artrit — bakteriya və ya virusların oynaq boşluğuna keçməsi nəticəsində yaranan irinli prosesdir. Uşaq artriti (juvenil artrit) isə 16 yaşdan kiçik uşaqlarda müşahidə olunur və immun sistemi pozğunluqları ilə əlaqəlidir.

- Artrit necə müalicə olunur?

- Artritin müalicəsi kompleks yanaşma tələb edir və məqsəd ağrını azaltmaq, iltihabı dayandırmaq və oynaq funksiyasını bərpa etməkdir. Əvvəlcə xəstəliyin tipi müəyyən edilir, sonra fərdi müalicə planı hazırlanır.
Ən çox istifadə olunan üsullara qeyri-steroid iltihabəleyhinə preparatlar və kortikosteroidlər aiddir. Həmçinin, fizioterapiya və müalicəvi idman oynaqların elastikliyini və hərəkət diapazonunu artırır. Ağır hallarda cərrahi müdaxilə, yəni endoprotezləşdirmə və ya oynaq dəyişdirilməsi aparıla bilər.
Bundan əlavə, xəstənin həyat tərzi mühüm rol oynayır. Balanslı qidalanma, duzun azaldılması, siqaret və alkoqoldan uzaq durmaq, stresi azaltmaq və ideal bədən çəkisini qorumaq müalicəni gücləndirir.

- Artritin qarşısını almaq mümkündürmü?

- Artritin bütün formalarının qarşısını tam şəkildə almaq mümkün olmasa da, riskləri azaltmaq və prosesin irəliləməsini ləngitmək olar. Bunun üçün düzgün həyat tərzi və profilaktik tədbirlər vacibdir, çünki artıq çəki oynaqlara əlavə yük yaradır. Bundan əlavə, aktiv həyat tərzi (müntəzəm yüngül məşqlər, üzgüçülük və gəzinti) oynaqları gücləndirir. Həmçinin, Omeqa-3 yağ turşuları, D vitamini, kalsium və antioksidantlarla zəngin qidalar qəbul etmək lazımdır.
İnfeksiyaların vaxtında müalicəsi bakterial artrit riskini azaldır. Eyni zamanda, periodik tibbi müayinələr erkən mərhələdə aşkarlanma müalicəni asanlaşdırır.
Ən əsası, ağrı və sərtlik uzun müddət davam edərsə, özbaşına dərman qəbul etmədən mütləq həkimə müraciət olunmalıdır. Erkən diaqnoz və düzgün müalicə sayəsində xəstəliyin fəsadlarının qarşısını almaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri