Icma.az
close
up
RU
Oyunun qaydaları” niyə oyunun ortasında dəyişdi? Ekspert Emin Əmrullayevdən izahat istəyir

Oyunun qaydaları” niyə oyunun ortasında dəyişdi? Ekspert Emin Əmrullayevdən izahat istəyir

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

“Elm və Təhsil Nazirliyinin lisey və gimnaziyalara IV siniflər üzrə qəbul imtahanlarını qəfil və əsaslandırılmamış şəkildə dayandırması – özü də heç bir ictimai izahat, keçid dövrü, və ya əvvəlcədən xəbərdarlıq olmadan – təhsildə idarəçilik baxımından həm prinsipial, həm də etik cəhətdən qəbuledilməzdir. Bu qərar təkcə bir texniki dəyişiklik deyil, minlərlə ailənin həyat planlarını pozan, uşaqların psixoloji durumuna mənfi təsir göstərən və dövlət-vətəndaş münasibətlərində etimadı zədələyən ciddi bir zərbədir".

Mia.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, valideynlər övladlarını liseylərə qəbul üçün illərlə hazırlaşdırıblar: "Bu hazırlıq prosesinə kurs xərcləri, repetitorlar, sınaq imtahanları, psixoloji dəstək, hətta ailəvi planlamalar (tətil, iş saatı, yaşayış yeri) daxildir. Mərkəzləşdirilmiş qəbul sisteminin etibarlılığına güvənərək minlərlə ailə övladını IV sinifdən liseyə yönləndirmək məqsədilə böyük maddi və mənəvi yük altına girib. İndi isə bir məmur iradəsi ilə bu imkanın tamamilə ləğvi, özü də ictimai müzakirə olmadan, həmin ailələrin səylərini və övladların ümidlərini heçə endirir.

Uşaqlara necə izah edək ki, “oyunun qaydaları” dəyişdi, özü də oyunun ortasında? Valideynlərdən biri deyir: “Uşağıma deməyə söz tapmıram. Mən ona neçə aydır deyirəm ki, sən imtahana hazırsan, sən liseyə keçəcəksən. İndi deyim ki, imtahan yoxdur? Uşaq nə etsin, ağlasınmı, küssünmü?”

Əgər bu qərar pedaqoji və strateji əsaslarla verilibsə, niyə ictimai əsaslandırma təqdim olunmur?Niyə Elm və Təhsil Nazirliyi hansı meyarlarla bu qərarı verdiyini açıqlamır? Axı bu, təkcə texniki prosedur deyil, minlərlə uşağın gələcək təhsil trayektoriyasını müəyyən edən kritik bir mexanizmdir. Qərar 2025-2026-cı tədris ilinə aiddirsə, o zaman bu dəyişiklik niyə 1 il əvvəl elan edilmədi? Necə olur ki, ötən il IV, V, VI, VII siniflər qəbul imtahanı verə bildi, bu il isə qəfildən yalnız VI sinif?"

Ekspert qeyd edib ki, bu yanaşma, idarəetmədə şəffaflıq və ardıcıllıq prinsipinin kobud şəkildə pozulmasıdır:

"Qanunvericiliyə görə, hər hansı mərkəzləşdirilmiş qəbul qaydasında dəyişiklik əvvəlcədən ictimaiyyətə təqdim edilməli, bu barədə normativ sənəd hüquqi qüvvəyə minməli, və ən azı bir tədris ili əvvəlindən xəbərdarlıq edilməlidir. Əks halda bu, inzibati özbaşınalıq və ailələrin planlaşdırma hüquqlarının pozulmasıdır. Təhsil Haqqında Qanunun 5-ci maddəsində qeyd olunur ki, təhsil prosesi şəffaf və proqnozlaşdırıla bilən şəkildə təşkil edilməlidir. Bu qərar isə nə şəffafdır, nə də proqnozlaşdırıla bilən.

Daha ağrılı olan odur ki, bu qərar təhsildə sosial ədalət prinsipini də pozur. Övladını repetitorla liseyə hazırlayan ailə bu sistem dəyişikliyindən maddi və mənəvi zərər görür. Lakin bu zərərin qarşısında nə bir rəsmi üzrxahlıq var, nə də alternativ təklif. Nəticə etibarilə, bu addım vətəndaşla dövlət arasındakı sosial müqavilənin bir forması olan “təhsildə etimad” prinsipini məhv edir.

Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir: niyə bu dəyişiklik əvvəlcədən elan edilməyib, hansı əsaslarla sinif səviyyələri üzrə qəbul dayandırılıb, zərər görən minlərlə ailəyə hansı kompensasiya və ya alternativ təklif olunur?

Əgər təhsildə etimad və planlı inkişaf istəyiriksə, belə qərarlar ictimai dialoqla, keçid müddəti ilə və hüquqi əsaslarla həyata keçirilməlidir. Hazırda isə sadəcə bir xaos yaşanır və bu xaosun müəllifi təəssüf ki, dövlətin öz təhsil orqanıdır".

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 May 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri