Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Özbək futbolçu “Mançester Siti”yə keçir

Özbək futbolçu “Mançester Siti”yə keçir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizim Elvin isə antirekordlara “imza atır” 

Özbəkistanlı Abdukodir Xusanovun “Lans”dan “Mançester Siti”yə keçəcəyi bu qış transfer pəncərəsinin, bəlkə də, ən böyük sensasiyalarından biri olacaq. Vaxtilə Gürcüstanın dörd futbolçusu da “şəhərlilər”in şərəfini qoruyub. Azərbaycan futbolçuları isə nəinki “Mançester Siti”, heç İngiltərə Premyer Liqasının autsayderlərinə düşə bilmirlər.

Qış transfer pəncərəsi davam edir. Beynəlxalq arenada üzdə olan yeganə klubumuz “Qarabağ”ın Juninyonu 5 milyon avroya “Flamenqo”ya satması gündəmi zəbt edib. Amma hansısa futbolçumuza hansısa xarici klubdan real təklif gəlməsi barədə xəbərlər yoxdur, olması da qeyri-mümkün görünür.

Azərbaycan millisində oyununu təriflədiyimiz Elvin Cəfərquliyev 2024-cü ildə antirekordla yadda qalıb. İl ərzində dünyada üç oyunçu hərəyə 4 qırmızı vərəqə alıb və onlardan biri də “Qarabağ”ın müdafiəçisidir. Cəfərquliyev Avropa Liqasının "Braqa", "Bayer" və "Ayaks", həmçinin ölkə çempionatının "Araz-Naxçıvan"la görüşlərində meydandan qovulub. Belə futbolçuya hansı klub təklif göndərər ki?

Azərbaycan Premyer Liqasının bombardirləri siyahısında ilk “beşlik”də azərbaycanlı oyunçular yer almayıblar. Ən çox qol vuran futbolçumuz 5 qolla Toral Bayramovdur ki, o da cinah müdafiəçisidir. Düzdür, ədalət naminə qeyd etmək lazımdır ki, “Qarabağ”ın oyunçusunun arada Türkiyə klublarının (“Qalatasaray”, “Trabzonspor”) maraq dairəsinə düşməsi barədə məlumatlar yayılır, amma bunlar elə söz-söhbət olaraq da qalır.

Bizim futbolçular, əsasən, Türkiyənin aşağı liqa klublarında top qova bilirlər. Ən yaxşı legionerimiz hesab olunan Mahir Emreli isə “Nürnberq”in heyətində 2-ci Bundesliqada mövsümün ilk yarısında cəmi 3 qolla yadda qalıb – o da sonuncu dəfə iki ay əvvəl fərqlənib. Halbuki Almaniya kuboku da nəzərə alınmaqla, ardıcıl dörd oyunda qol vuranda sevinib, nəhayət, uğurlu çıxışlarını davam etdirəcəyinə ümidlənmişdik.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze bu yaxınlarda azərbaycanlı futbolçu haqqında danışarkən maraqlı məqamlara toxunub: “Mahir ilə ünsiyyət qurmaq asan deyil. Etmədiyi bəzi şeyləri ona iki və ya üç dəfə başa salmalı olursan. Mahirə aut və künc zərbələri zamanı harada dayanmalı olması ilə bağlı məsləhətlər verilir”.

Əslində, bu sözlər Azərbaycan futbolçularının səviyyəsini bariz nümayiş etdirir. Güclü özül olmadığından onlar özlərini nə ölkə çempionatında, nə də beynəlxalq arenada göstərə bilirlər. Təsadüfən xarici kluba keçdikdə isə orada möhkəmlənə bilmirlər.

Heç Azərbaycan klubları da futbolçu yetişdirib satmaqda maraqlı deyil. Mövsümü keçirmək üçün pulu AFFA, yəni dövlət verir. Əlavə qazanc əldə etmək isə bacarıq tələb edir.

Mövsümün ilk yarısına baxsaq, demək olar ki, hər klubda 10-dan çox legioner çıxış edib. İstər “Qarabağ” olsun, istərsə də ortabab, ya da autsayder klublar – hamısı əcnəbi oyunçulara üstünlük verir. Halbuki hər klubun əvəzedici heyəti, aşağı yaş qrupları üzrə komandaları var. Oyunçu isə yetişmir. Ya da düzgün yetişdirilmir. Şərait – meydan və s. yoxdursa, məşqçilərin səviyyəsi yüksək deyilsə – yetişməyəcək də. İllər bir-birini əvəz edir, heç nə də dəyişmir.

Premyer Liqada oynayan futbolçular da kifayət qədər yüksək maaş aldıqlarından komfort zonasını tərk edib, heç yerə gemək niyyətində deyillər. Beləcə, necə deyərlər, qapalı dairə yaranır.

Özbəkistan çempionatında “Olimpik” adlı komanda var, heyətində gənc özbəkistanlı futbolçular oynayırlar. Ötən mövsüm 14 komanda arasında 12-ci olsalar da, əsas nəticə deyil, gənclər təcrübə qazanırlar. 

“Olimpik” 2021-ci ildə Özbəkistan futbolunun Paris-2024 Olimpiadasında təmsil olunması məqsədi ilə futbolçular yetişdirmək üçün yaradılıb. Komanda Özbəkistan Futbol Assosiasiyası və Özbəkistan Olimpiya Komitəsi tərəfindən təşkil olunub. Heyətə Superliqa klublarının əvəzedici komandalarından gənc futbolçular cəlb edilib. Nəticədə Özbəkistan gənclər arasında Asiya kubokunda ikinci yeri tutub, Olimpiadaya vəsiqə qazanıb. Paris-2024-də isə ümumi hesabda 13-cü olublar.

İndi isə Özbəkistan futbolunun əsas hədəfi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqdır. Mundial iştirakçılarının sayı artırılıb – orada ilk dəfə 48 komanda mübarizə aparacaq. DÇ-2026-da Asiya üçün 8+1 yer ayrılıb ki, bu da özbəklərin şansını artırır. FIFA reytinqinə əsasən, Özbəkistan qitədə gücünə görə 7-cidir. Deməli, ABŞ, Kanada və Meksika meydanlarında “Mançester Siti”li Xusanov, “Roma”lı Eldor Şomurodov, həmçinin parlamaqda olan digər özbəkistanlı ulduzları görə biləcəyik.

Bizə isə 2011-ci ildə olmuş bir hadisəni xatırlamaq qalır: azərbaycanlı futbolçu Araz Abdullayev “Everton”la müqavilə bağlasa da, bu komandanın əsas heyətində bir oyun belə keçirmədən Azərbaycana qayıdıb. Çox təəssüf! 

Rasim Mövsümzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri