Özbəkistan Ali Məclisi Senatının sədri: Azərbaycan COP29u yüksək səviyyədə təşkil edib AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 noyabr, AZƏRTAC
COP29 ciddi önəm qazanıb. Burada olan bütün təşəbbüsləri dəstəkləyirəm. Metan emissiyalarının azaldılmasını, təmiz karbohidrogendən istifadəni olduqca əhəmiyyətli hesab edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, parlamentlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Miqrasiya, ərzaq təhlükəsizliyi kimi məsələlər çox önəmlidir. İqlim dəyişmələrinin aradan qaldırılmasında maliyyələşdirmə ən vacib məsələdir.
Tənzilə Narbayeva ölkəsində iqlim dəyişmələrinə qarşı həssas olan icmalar üçün həyata keçirilən işlər barədə də danışıb. Regionda dayanıqlılığın daha da möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub: “Bütün parlamentlər arasında yüksək səviyyədə əlaqələr qurmalıdır. Dünyada ətraf mühit problemlərinin pisləşdiyi bir vaxtda parlamentin rolu getdikcə artmalıdır. Biz parlamentlər olaraq geniş müzakirələr açmalıyıq. Eyni zamanda, bütün ölkələrin parlamentlərinin arzularını nəzərə almalıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 16 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















