Özbəkistan nümayəndə heyəti üçün Azərbaycan Televiziyasına mediatur təşkil olunub
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
9 may tarixində ölkəmizdə səfər olan Özbəkistan nümayəndə heyəti üçün Azərbaycan Televiziyasına mediatur təşkil olunub.
Azərbaycan Televiziyasının hazırkı fəaliyyəti, müxtəlif istiqamətlərdə həyata keçirdiyi yeniliklər, beynəlxalq informasiya məkanında tutduğu mövqe, o cümlədən media sahəsində rəqəmsallaşma prosesinin uğurlu tətbiqi barədə məlumat verən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov bildirib ki, televiziya müasir texnologiyalarla təchiz olunub və burada yaradılmış studiyalar ən son yayım standartlarına cavab verir, eyni zamanda operativ, keyfiyyətli informasiya təminatı üçün bütün imkanlar mövcuddur. Görüş çərçivəsində nümayəndə heyəti ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, iki ölkə arasında media sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.
Sonra qonaqlar AzTV-nin xəbərlər departamenti ilə tanış olaraq xəbərlərin hazırlanması, redaktə və efirə verilməsi prosesi haqqında ətraflı məlumat alıb, həmçinin televiziyanın müasir texnologiyalarla təchiz edilmiş studiyaları ilə tanış olub, burada yaradılan yüksək keyfiyyətli yayım şəraitini yerindəcə müşahidə ediblər.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















