Azərbaycan nümayəndə heyəti üçün Özbəkistanın Buxara şəhərinə mediatur təşkil olunub
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan nümayəndə heyəti üçün Buxara şəhərinə təşkil olunun mediatur çərçivəsində bir sıra məkanlarla tanışlıq olub.
Nümayəndə heyəti əvvəlcə “Buxoro Agroklaster” MMC-yə səfər edib. Qonaqlara bildirilib ki, kompleksin müəssisələrində müasir texnologiyalar tətbiq edilir və keyfiyyətə nəzarət laboratoriyaları fəaliyyət göstərir.
Buxaranın əsas görməli yerlərindən biri olan Ark qalasını ziyarət edən qonaqlara qalanın tarixi, memarlıq xüsusiyyətləri və Buxara xanlığının idarə olunmasındakı əhəmiyyəti barədə məlumat verilib. Səfər iştirakçıları kompleksin ərazisində yerləşən muzey eksponatlarına da baxıblar.
Sonra nümayəndə heyəti Kalon minarəsi, Kalon məscidi və Miri Ərəb mədrəsəsinin daxil olduğu Kalon memarlıq kompleksində olub. XII əsrdə tikilmiş və hələ də Buxaranın simvolu sayılan əzəmətli minarə xüsusi təəssürat yaradıb.
Mediatur çərçivəsində "Sitorai Moxi Hosa" iqamətgahı da ziyarət olunub. Qeyd edilib ki, Buxara əmiri üçün inşa edilmiş iqamətgahın tikintisi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Hazırda burada dekorativ və tətbiqi sənətlər muzeyi yerləşir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















