Icma.az
close
up
RU
Özbəkistanda Ukraynaya qarşı müharibədə iştirak edən Buxara sakini 5 il müddətinə azadlıqdan məhrum edilib

Özbəkistanda Ukraynaya qarşı müharibədə iştirak edən Buxara sakini 5 il müddətinə azadlıqdan məhrum edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 iyul, AZƏRTAC

Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etdiyinə görə 32 yaşlı Özbəkistan vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilib.

AZƏRTAC “Gazeta.uz” portalına istinadla xəbər verir ki, Buxara sakini Rusiyada polis tərəfindən saxlanıldıqdan sonra RF Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Ukraynada yaralanan şəxs yenidən cəbhəyə göndərilməmək üçün vətənə qayıdıb.

Buxara vilayətinin Romitan rayon məhkəməsi 1993-cü il təvəllüdlü Özbəkistan vətəndaşını Ukraynaya qarşı müharibəsində iştirak etməkdə təqsirli bilib. Cinayət işi materiallarına əsasən, həmin şəxs 2018-ci ilin iyul ayında Rusiyanın Voronej şəhərinə işləyib, orada Rusiya vətəndaşlığı da alıb. O, 2024-cü ilin mayında əvvəllər törətdiyi cinayətə görə Samarada saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib. Orada ona cəzadan azad edilməsi və 2 milyon rubl pul mükafatı müqabilində Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq təklif olunub.

Müqaviləni imzalayan şəxs bundan sonra digər muzdlularla birlikdə Luqanska göndərilib, hərbi bazaya endirilən raket zərbəsi nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib. O, səhhətinə görə 45 gün müddətinə xidmətə müvəqqəti yararsız elan edilib. Ordudan tərxis olunduqdan sonra hərbi əməliyyatlarda iştirak etdiyi üçün 3 milyon rubl ödəniş alan Buxara sakini müharibəyə qayıtmamaq üçün Rusiyanı tərk etmək qərarına gəlib. 2024-cü ilin dekabrında o, Özbəkistan pasportundan istifadə edərək Samara-Daşkənd reysi ilə Özbəkistana qayıdıb.

Onun mobil telefonuna baxış keçirilərkən maddi yardımın alınması ilə bağlı Rusiya Hərbi Prokurorluğu ilə yazışmalar, xəstəxanalardan tibbi arayışlar, habelə hərbi əməliyyatlarda iştirakını təsdiq edən sənədlər aşkar edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri