Icma.az
close
up
RU
Özəl məktəblərdə təhsil haqqı 44 min manata qədər yüksəlir Məktəblərin siyahısı və qiymətlər

Özəl məktəblərdə təhsil haqqı 44 min manata qədər yüksəlir Məktəblərin siyahısı və qiymətlər

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


2024/2025-ci tədris ilində Azərbaycanda ümumilikdə 33 qeyri-dövlət ümumi təhsil müəssisəsi (özəl məktəb) fəaliyyət göstərir.
Yeniavaz.com
rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl məktəblərin sayı əvvəlki illə müqayisədə azalıb. Belə ki, ötən tədris ilində ölkədə 34 özəl məktəb fəaliyyət göstərib. Xatırladaq ki, 2023/2024-cü tədris ilinin sonunda Bakı Fransız Liseyi fəaliyyətini dayandırıb.
Qeyd edək ki, 2024/2025-ci tədris ilində Azərbaycanda ümumilikdə 4 357 orta məktəb fəaliyyət göstərir və özəl məktəblər bu məktəblərin cəmi 0,8%-ni təşkil edir. Özəl orta məktəblərdə təhsil alan şagirdlərin sayı isə 23 980 nəfər olub ki, bu da ümumi şagirdlərin 1,4%-nə bərabərdir. Dövlət məktəblərində hər məktəbə orta hesabla 386 şagird düşdüyü halda, özəl məktəblərdə bu göstərici 727 nəfər təşkil edir.
Onu da bildirək ki, dövlət məktəbləri ilə müqayisədə şagird sayının iki dəfə çox olduğu özəl məktəblərdə ən aşağı illik təhsil haqqı 4 500 manatdır.
Maraqlı olacağını nəzərə alaraq, bəzi özəl orta məktəblərdə illik təhsil haqqını təqdim edirik:
The International School of Azerbaijan – 43 670 manat
Bakı İstanbul Liseyi – 4 560 manat
Zirvə Liseyi – 6 560 – 8 670 manat
Bakı Beynəlxalq Təhsil Kompleksi – 8 000 – 9 000 manat
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi – 12 000 manat
Xəzər Universiteti nəzdində Dünya Məktəbi – 9 500 – 11 000 manat
Azerbaijan British College Təhsil Kompleksi – 21 000 – 22 000 manat
Baku Oxford School – 17 000 – 20 500 manat
LANDAU School – 6 300 – 7 300 manat
ADA Məktəbi – 8 000 – 11 000 manat
Hədəf Liseyi – 5 000 – 11 000 manat
Avropa Azərbaycan Məktəbi – 11 250 – 17 150 manat
SABIS SUN International School – 12 206 – 15 900 manat
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi – 12 000 – 14 500 manat
Qeyd edək ki, təhsil haqları şagirdin oxuduğu sinfə (ibtidai, orta, yuxarı və s.), tədris dilinə (Azərbaycan, ingilis, rus) və məktəbin yerləşdiyi əraziyə görə dəyişir. Məsələn, Hədəf Liseyinin Nəsimi korpusunda 5–8-ci siniflər üçün illik təhsil haqqı 8 000 manat, Qurtuluş korpusunda isə 6 500 manat təşkil edir.
Bəzi özəl məktəblərdə təhsil haqqına müəyyən güzəştlər tətbiq olunur. Məsələn, Xəzər Universiteti nəzdində Dünya Məktəbində Qarabağ müharibəsi veteranları və şəhidlərin övladlarına (ailədən yalnız bir şagird üçün) 20% güzəşt verilir.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri