Icma.az
close
up
RU
Menu

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

Ramil Şeydayev Rusiya klubunda

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

Alimlər çəki artımını dayandıran maddə tapdılar

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

Dünyanın ən yaxşı klubunda ən yaxşı oyunçu Kroos “Qızıl top”u ona “verdi”

Özündən qaça bilməyəcəksən ki...

Özündən qaça bilməyəcəksən ki...

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Əvvəlcə onu deyim ki, yazıçıların heç də hamısı qraf Tolstoy kimi mülkədar və yaxud Turgenev (bu adamı həmişə Rusiyanın üç böyük yazıçısından biri saymışam!) kimi mülkədar nəslindən olmayıb. 

Hətta sonrakı illərdə, ötən iyirminci əsrdə də deyilənlərə görə, tanınmışlardan guya Uilyam Folkner fermer olubmuş. Belədə isə, "siyahımız” Folknerlə bitdisə, ərz edək ki, amerikalılar Mark Tvendən (sovetin vaxtında onu "uşaq yazıçısı” kimi təqdim edirdilər, halbuki adam böyüklərçün yazan böyük yazıçılardan idi), Cek Londondan, Drayzerdən, Heminqueydən və digərlərindən tutmuş ta hamımızın çox sevdiyi Əziz Nesinə qədər demək olar, əksər yazıçılar bu və ya digər dərəcədə jurnalistika ilə bağlı olublar. 

Bir az tələsik haşiyə çıxmaq olsa da, deyim ki, Əziz Nesinin gözəl hekayələrindən biri də bir xarici qonağın Türkiyəyə səfərilə bağlı necə "reportaj” hazırlaması haqqındadır.

Amma buradaca bizim azərbaycanlıların əbədi sualı yada düşür: axı NOOLSUN? Bəli, çox qəliz "sualdır”, həmişə olduğu kimi. Amma o olsun ki, baxıram, bizim keçmiş jurnalistlər, hətta siyasi yazarların çoxu özünü yazıçı-jurnalist, şair-jurnalist və s. kimi təqdim etməyə başlayıb. Olsun. Etirazım yoxdur. İnsan bədii nəsə də yazıbsa, başqa sferada da diqqət çəkibsə, niyə də yox?

Amma bir-iki qeydim var. Hamımız özümüzə istədiyimiz adı qoya bilərik, amma vacibi həm də budur, görək, camaat necə qəbul edir bunu, necə çağırır bizi? 

Beləcə lap yaxın keşmişimizdə "siyasətçi”lərimizin çoxu dönüb "politoloq”, siyasi yazar-jurnalistlərimizin bəzisisə yaxşı halda, yazıçı-jurnalist, hətta şair–jurnalist oldular, hərçənd, bəlkə mübahisəli səslənəcək, fəqət mənə həmişə elə gəlib ki, hətta yazıçı da olmaq olar, amma şair kimi doğulmalısan.

Ona görə adam özündən lap yunqsayağı (psixoloq Yunqu nəzərdə tuturam) soruşmaq istəyir ki, əcaba, bu, nə "qaçışdır”, hara "qaçışdır”? 

Kimsənin qəlbinə toxunmasın sözüm, toxunsa da üzürlü saysın, çünki müqayisəylə kimisə "sancmaq” yox, sadəcə, sözümə "duz” qatmaq, "çəki” və "bəlağət” vermək istədim, amma az qala fransız Molyer kimi (misalın başqa tərəfi də var: hətta yazıçı olmaq heç vaxt gec deyil!) ahıl çağında yazıçı-şairlik həvəsinə düşən jurnalist dostlara-qardaşlara demək istəyirsən ki, abi, ədib kimi hələ beş manatın belə yiyəsi deyilsən, nədən jurnalistikanı özünçün sanki aşağı saydın, "yarlığ”ını dəyişdin?.. 

Bir daha deyirəm ki, heç istəməzdim sözlərim kiminsə ürəyinə dəysin, ən azı ona görə ki, yazıçılarımızın, şairlərimizin yaxşı oxunmaması həm də bizim kimi oxucuların, hətta ziyalıların günahıdır: bütün dövrlərdə, sovet vaxtında da, indi də yaxşı oxucu olmamışıq. Düzünü etiraf edəndə nə olar axı?  

Bəri başdan deyim ki, bu xüsusda da başqa tarixi nümunələr var yaradıcı insanlarla bağlı. 

Məsələn, Van Qoqun sağlığında bircə rəsmi belə satılmayıb. Üstəlik, belə rəssamlar az qala onlarla olub tarixdə. Yoxsa yazıçı Kafka pul içində üzüb? Odur, bu, da hələ kriteriya deyil, hətta indi Van Qoqun, Kafkanın dövrü olmasa da.       

Bəzi ölkələrdə qəzetlərin pulsuz paylandığı (daha çox reklamdan qazanırlar!) haqda eşitmişəm, amma heç yerdə oxumamışam ki, yazıçı və şairlər kitablarını nəinki öz hesablarına çap edir, hətta pulsuz–havayı dost-tanışlarına bağışlayır, "hədiyyə” edirlər!.. 

Burada bir "gileyim” də var: bir ara məndə təsəvvür yaranmışdı ki, son nəsil ədiblərimizin bəzisi əslində heç istəmir də ki, onları ciddi şəkildə oxusunlar. Bəzisinə sadəcə, lazım idi ki, çıxıb televiziyada desin ki, bəs, mən filan qədər "kitab” yazmışam! 

Ötən dəfələrdə də demişdim ki, insanlarımızınn çoxuna "spravka” lazımdır: birinə "alimlik”, digərinə "yazıçılq” barədə. Qınamalı  deyil, özlərindən əvvəlkilərin çoxunun belə etdiyini görüblər. Halbuki hətta sovetin dövründə bilinmirdi ki, məsələn, Baxtin əməlli-başlı namizədlik dissertasiyası müdafiə edib, ya yox? Ən azı dəqiq məlum idi ki, adam elmlər doktoru olmayıb, fəqət hətta günəşli Azərbaycanımızda o vaxt nə qədər elmlər doktoru filoloq, "böyük ədəbiyyatşünaslar” vardı! 

Hələ demirəm ki, son illərdə ruslar dedi, iyirminci əsrdə ən böyük şairimiz Vladimir Vısotski olub – bəli, "spravkasız” – arayışsız adam, teatr və kino aktyoru, sadə, titulsuz bard! Daha maraqlısısa bilirsiniz, nə oldu? Bir neçə il əvvəl ədəbiyyat sahəsində Nobeli bir ingilis bard aldı! 

Belə işləri var dünyanın. Amma çox xahiş edirəm, mənim bu sözlərimdən başqa "nəticələr” çıxarmayın, deməyin ki, gəlin biz də, məsələn, meyxanaçılarımızı Nobelə təqdim edək! Allah xatirinə, belə fikrə düşməyin. Qoy, heç olmasa, başqa xalqlar bizim folklorun daha bir "inci”sinin əzabını yaşamasınlar.      

Məni başqa məsələ də dilxor edir. Kim sübut edər ki, ictimai çəkisinə, aktuallığına və missiyasına görə jurnalist və jurnalistika ədəbiyyatdan və ədiblərdən geridir? İnanın, peşələrin heç birini kiçiltmək fikrində deyiləm. Yazıçılar haqda da həmişə çox yüksək fkirdə olmuşam, amma inciməyin, YAZIÇILAR haqqında... 

Kiçik detal. Rusların 19-cu əsrdə ən böyük filosofu Vladimir Solovyov sayılır. Adam daha çox dini-mistik filosof olub. Həm də Tolstoyun müasiridir, deyilənə görə. 

Qərəz, Solovyov cənabları Lev Tolstoyun fəlsəfi fikirlərinə və axtarışlarına tamam qeyri-ciddi yanaşırmış. Amma sonrası nə oldu? Yazıçı qraf Tolstoy dini təriqət, sekta yaratdı. Bəli, bunu dini-mistik filosof Solovyov yox, yazıçı Tolstoy etdi və məlum oldu ki, qoca qraf tamam xərifləməyib, fəlsəfə sarıdan da "piyada” deyil, ən azı ona görə ki, əsrdən çox vaxt keçib, amma tolstoyçuluq unudulmayıb və ondan başqa dini–etik-fəlsəfi cərəyanlar, hətta "qandizm” (Mahatma Qandinin təlimi) yarandı. Dediyim budur ki, əsl yazıçı və ədəbiyyat sözün birbaşa mənasında böyük hadisədir.

Amma jurnalistika, publisistka da kiçik hadisə deyil. Baxın, ədəbiyyatımızın min illik tarixi var. Jurnalistikamızınsa yüz əlli yaşını bu il qeyd etdik. Görün, yüz əlli illik jurnalistika min illk ədəbiyyatın fonunda itib-batmayıb: məsələn, hətta böyük Mirzə Cəlili məşhur edən tək "Ölülər”, "Anamın kitabı” v s. deyil, həm də "Molla Nəsrəddin”dir.                      

Bilmirəm, hazırda ruslar, məsələn, 19-cu əsrin publisisti Nikolay Dobrolyubovu necə qəbul və "təsnif” edirlər? Lap çoxdan, sovetin vaxtında bir-iki yazısını oxuduğumdur, amma buna baxmayaraq, belə publisistlərin bircə məqaləsini bəzi sovet yazıçılarının (o cümlədən rus) bütün "külliyyat”ına dəyişməzdim: ola bilsin, subyektivdir, həm də çox kəskindir, amma şəxsi rəy, fikirdir.

Odur ki, jurnalistikayla bağlı öz "mülahizə”lərimlə qətiyyən yormayacam sizi, ən azı ona görə ki, orta statistik azərbaycanlımız heç jurnalistikaya da ədəbiyyatdan isti yanaşmır: oxuyan demək olar, yoxdu, hamı yazır, "kitab” buraxır... 

Prosesin içində ciddi məqamlar da var və gərək, yazıçılar, elə jurnalistlər də müəyyən nəticə çıxartsınlar.

Vaxt vardı, siyasət, dövlət və hökümət adamlarından jurnalistlər nəsə soruşub yazırdı, amma indi böyük siyasət adamları özləri "status” yazır, açıqlama verirlər! Belə yenilikləri nəzərə almalıyıq: camaat nəyi oxusun? Trampın özünün "status”larını, yoxsa hansısa bir jurnalistin bu haqdakı mülahizələrini? 

Amma tamam məyus etmək də istəmirəm bizim nisbətən gənc jurnalistləri: bəxtimiz onda gətirib ki, siyasətçilər heç vaxt həqiqəti demirlər, onların çoxu "patoloji yalançılar”dır: bəli, Tramplar, Putinlər daim bizdən nəsə gizlətməyə çalışacaqlar. Bizim də vəzifəmiz gizlinləri aşkarlamaqdır. 

O ki qaldı ədəbiyyat-sənət adamlarına, onlar da qəbul etməldirlər ki, insanlar daha "praqmatik” olub, daha əvvəllərdə olduğu kimi romantik deyillər, az qala, hər şeyə "biznesmen” kimi baxır, bundan nə fayda götürəcəklərini düşünürlər. Ən əsası da, ən "avara” adam belə vaxtın azlığından gileylənir, halbuki domino, ya nərd oynamaq üçün vaxt tapa billirlər. 

Neyləmək olar? Bizim 21-ci əsr insanımız da belədir və hamımız onun diqqətini cəlb etməyin yollarını aramalıyıq, çünki biz ədiblər, jurnalistlər  kənar planetlilərçün yox, onlarçün yazırıq.    

Bəzən adama elə gəlir ki, sanki hamı harasa "qaçır”, daha çox da elə bil hamı hər şeydən əvvəl özündən "qaçır”.

Bir neçə il əvvəl "Azadlıq” radiosuna bir yazıçı dəvət olunmuşdu. Hamı ondan siyasi şeylər soruşurdu. Mənisə onun siyasi mövqeyi elə də maraqlandırmırdı, siyasətdən özüm də yaza bilərdim. Ondansa soruşmaq istəyirdim: son vaxtlar tarixi roman janrına müraciət etməyinizin səbəbi nədir, yoxsa bugündən qaçmaq istəyirsiniz?

Söz sözü çəkər. Birini də söyləyəcəm. Məsələn, bizim keçmiş hərəkatçılar təsadüfən biri-birini görəndə özlərini görməməzliyə vurub etinasız-etinasız keçib gedirlər.    

Çox fikirləşmişəm bununla bağlı. Mənə elə gəlir ki, bunlar keçmişlərindən qaçırlar. Çoxu hətta toya-düyünə belə keçmiş dostlarını çağırmır. Bəlkə də keçmiş dostlarının onların "yeni dostlar”ını görməsini də istəmirlər... 

Dəqiq səbəbini bilmirəm. Hərdən ağlıma bilirsiniz, nələr gəlir? Bəli, məşhur kəlam: axı hara qaçacaqsan? Özündən ki qaça bilməyəcəksən! 

Odur ki, tamam əbəs cəhddir. Bəlkə "gələcəyimizin” sahibi daha çox özümüzük, amma keçmişimiz tək bizimki deyil, hətta istəsək də, tamam-kamal "qurtula” -"xilas ola” bilmərik ondan, qəbrədək təqib edəcək. Bəlkə bundan da artıq! Həm də insanlarımızın bir xüsusiyyəti var: birini "qaraladısa”, qəbrdə də rahat buraxmayacaq! Hələ o biri dünyada İnkir-Minkirin zəhlətökən sorğu-suallarını demirəm, əlbəttə, bir zarafatdır bu...

Hüseynbala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Avqust 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see409

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see322

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see252

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see223

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see205

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see193

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see175

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see174

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see173

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see169

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see168

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see161

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see156

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see151

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see149

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see147

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see146

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

22 Avqust 2026 03:09see144

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see144

Dünyanın ən yaxşı klubunda ən yaxşı oyunçu Kroos “Qızıl top”u ona “verdi”

22 Avqust 2026 05:31see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri