Pakistanda qanlı terror 11 nəfər öldü
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pakistanın şimal-qərbində yerləşən Dera-İsmayıl-Xan şəhərində törədilən dəhşətli partlayış nəticəsində 11 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, qanlı insident polis nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş verib. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıların dərhal yaxınlıqdakı xəstəxanalara çatdırıldığını bildiriblər. Müayinə olunan yaralılardan bəzilərinin vəziyyətinin kritik olduğu vurğulanır.
Qeyd edək ki, Dera-İsmayıl-Xandakı partlayışın minik avtomobilinə yerləşdirilmiş patlayıcı qurğunu işə salan kamikadze-terrorçu tərəfindən törədildiyi bəlli olub. Hücumun məsuliyyətini “Təhrik-i-Taliban Pakistan” (TTP) terror qruplaşması öz üzərinə götürüb. TTP Əfqanıstan “Taliban” hərəkatından ayrı bir təşkilat olsa da, onunla sıx müttəfiqlik əlaqələrini saxlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 26 Sentyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















