Palma yağını görün hansı məhsullara QATIRLAR
Icma.az, News24 saytına istinadən bildirir.
Rusiya Dövlət Duması qida istehsalında böyük həcmdə palma yağının istifadəsindən narahatdır.
News24.az Publika.az-a istinadən xəbər verir ki, iyulun 9-da keçirilən növbəti iclasda parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikova “bu məsələ ilə bağlı konkret həll yolları hazırlamaq” çağırışı ilə müraciət edib.
"Bazara daha çox palma yağı daxil olur. O, uşaqların istehlak etdiyi məhsulların - dondurma, şirniyyat istehsalında istifadə olunur. Bu, bizi narahat etməyə bilməz", - Dövlət Dumasının sədri qeyd edib.
Volodinin sözlərinə görə, bu məsələ dəfələrlə qaldırılıb. O xatırladıb ki, əvvəllər palma yağı uşaq qidası kimi vergiyə cəlb olunub.
"Söhbəti konkret qərarlara köçürək. Güzəştli vergitutmanın ləğvi ilə bağlı qanun qəbul edilib. İqtisadi İnkişaf Nazirliyindən də təkliflər olmalıdır", - deyə o, yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 11 İyul 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















