Icma.az
close
up
RU
Parisdə muzeydən qızıl külçələrin oğurlanması ilə bağlı istintaq başlayıb

Parisdə muzeydən qızıl külçələrin oğurlanması ilə bağlı istintaq başlayıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 17 sentyabr, AZƏRTAC

Fransanın paytaxtı Paris şəhərində yerləşən Milli Təbiət Tarixi Muzeyində gecə saatlarında baş vermiş qızıl külçələrin oğurlanması ilə bağlı mütəşəkkil oğurluq maddəsi ilə istintaq başladılıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Paris Prokurorluğunun məlumatına görə, muzeyin 5-ci dairəsində yerləşən Geologiya və Minerologiya Qalereyasından dəyərli qızıl külçələri oğurlanıb. Hadisəni ilk olaraq səhər saatlarında təmizlik işçisi aşkar edib.

İlkin məlumata görə, oğrular 5 kiloqramlıq qızıl külçəsini və 1 kiloqram çəkidə olan daha üç qızıl parçasını oğurlayıblar. Ümumilikdə 6 kiloqram qızıl külçə oğurlanıb. Oğurlanan qızılların dəyəri təxminən 600 min avro qiymətləndirilir. Lakin muzey rəhbərliyi bildirir ki, bu külçələrin elmi və mədəni dəyəri pulla ölçülə bilməz.

İstintaq məlumatlarına əsasən, oğrular zirehli şüşəni əridərək və sındıraraq, həmçinin təxliyə qapısını mişarla kəsərək muzeyə daxil olublar. Cinayətdə istifadə olunan alətlər hadisə yerində tapılıb və maddi sübut kimi götürülüb.

Təhlükəsizlik tədbirləri və istintaqla əlaqədar Geologiya və Minerologiya Qalereyası hələlik ziyarətçilər üçün bağlanıb. Qalereyada gücləndirilmiş mühafizə tədbirləri həyata keçirilir.

Qeyd edək ki, sözügedən muzey iyul ayında kiberhücumun hədəfi olub. Bu hücum nəticəsində tədqiqat və kitabxana sistemləri, həmçinin onlayn kolleksiya platformaları bir neçə həftə ərzində fəaliyyətini dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri