Icma.az
close
up
RU
Parlamentari: Ştaynmayerin səfəri Almaniyanın Azərbaycanı vacib tərəfdaş kimi qəbul etdiyini göstərir

Parlamentari: Ştaynmayerin səfəri Almaniyanın Azərbaycanı vacib tərəfdaş kimi qəbul etdiyini göstərir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya Prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir".


Bu sözləri "Sherg.az" açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.


Deputat bildirib ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: 


“1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra - sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra iki ölkə arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri almanəsilli Lorentz Kuntz olub (Azərbaycanda alman icmasını təmsil edib). Hazırda da ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşılır”.


S.Salmanova söyləyib ki, Prezident Frank-Valter Ştaynmayerin səfəri həmçinin onu sübut edir ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini dəstəkləyir:

 “Almaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini də dəfələrlə bəyan edib. Frank-Valter Ştaynmayerin bu gün prezidentlərin mətbuata birgə bəyanatında  “Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deməsi bunun əyani sübutudur”.


Parlamentari Azərbaycanla Almaniya arasında təhsil, səhiyyə, iqtisadiyyat, bərpaolunan enerji və digər sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb: 

“Bildiyiniz kimi, ölkəmizdə alman dilinə böyük maraq var. Bu məsələyə Almaniya Prezidenti çıxışında da toxundu. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunmaqdadır. Bundan başqa, ölkələrimiz arasında səhiyyə sahəsində də əməkdaşlıq genişlənməkdədir.  Hazırda Almaniyada tibb sahəsində təhsil alan xeyli tələbəmiz də vardır. Azərbaycan Almaniya şəhərləri arasında da əlaqələr inkişaf etdirilir. Belə ki, paytaxt Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”.


S.Salmanova vurğulayıb ki, Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə də ətraflı məlumatlandırıb:

“Dövlətimizin başçısı Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri də açıqlayıb. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan lideri bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Çünki qalib tərəfin məğlub tərəfə sülh təklifinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Onlar ATƏT-in Minsk qrupu ləğv və Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Bu halda ancaq sülh müqaviləsi imzalana bilər”.


Millət vəkili ümumilikdə hesab edir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see363

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see217

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see196

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see189

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see135

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see132

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri