Icma.az
close
up
RU
Paşinyan: Qarabağ Hərəkatını davam etdirməyəcəyik, hədəfimiz sülh və dövlət quruculuğudur

Paşinyan: Qarabağ Hərəkatını davam etdirməyəcəyik, hədəfimiz sülh və dövlət quruculuğudur

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vətəndaş Müqaviləsi” partiyası “özündə güc taparaq” “Qarabağ Hərəkatı”na yanaşmasını yenidən nəzərdən keçirib və sülh gündəliyinə doğru yol seçib.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan fövqəladə qurultayda bildirib.

Onun sözlərinə görə, sülh gündəliyinə keçid 2018-ci il hadisələrindən və 2021-ci il növbədənkənar seçkilərdən sonra partiya üçün “yeni bir inqilab” olub. Paşinyan etiraf edib ki, 2021-ci il seçki proqramı belə hədəfləri əks etdirmirdi və bir çox cəhətdən digər siyasi qüvvələrin proqramlarından fərqlənmirdi.

O bildirib ki, özü və tərəfdarlarının böyük bir qismi siyasi fəaliyyətə başladıqda “Qarabağ Hərəkatı”ndan ilhamlanıb və Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanı dəstəkləyib.

“Liderlik, özünü analiz etmək və tənqid etmək qabiliyyətini tələb edir. Vəziyyəti başa düşərək ölkəni geosiyasi tələlərdən çıxarmalı idik. Çətin yolu keçdikdən sonra cəsarət tapıb dedik ki, Qarabağ Hərəkatını davam etdirməyəcəyik”, — deyə baş nazir vurğulayıb.

Paşinyan əlavə edib ki, sülh gündəliyi müxalifətin müqaviməti ilə üzləşəcək. Onlar “üç başlı müharibə partiyası” kimi xarakterizə olunur, burada Samvel Karapetyan, Robert Koçaryan və Qaqik Tsarukyan nəzərdə tutulur.

O, həmçinin müxalifətin tənqidlərinə münasibət bildirib. Müxalifət 2021-ci ildə “Vətəndaş Müqaviləsi”nin Qarabağ ərazilərinin "işğaldan azad edilməsi" ilə bağlı açıqlamalarını xatırladır.

“Qarabağın əvvəllər bizim, indi isə bizim olmadığını deməyimizə cavab olaraq biz deyirik ki, Ermənistan Respublikası əvvəllər bizim deyildi, indi isə bizimdir”, — deyə Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, hakimiyyətin məqsədi vətəndaşlara “əzabkeş” yox, normal həyat təmin etməkdir. Bu baxımdan o, Papa Fransisklə görüşdən bir epizodu xatırladıb: "O dedi ki, erməniləri əzabkeş xalq kimi tanıyır. Mən cavab verdim ki, missiyamız erməniləri əzabkeş olmaqlarından çıxarmaqdır. O soruşdu: "Bəs nə ilə məşğul olacaqsınız?" Mən cavab verdim: "Sadəcə yaşayacağıq və dövlət quracağıq"", — deyə Paşinyan bildirib.

O vurğulayıb ki, hakimiyyətin vəzifəsi ölkəni “stabil və rifah içində” irəli aparmaq, dövlət quruculuğu üzərinini görməkdir. Həmçinin sülhün qorunması və ardıcıl siyasətin vacibliyini qeyd edib.

Bu kontekstdə “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə “Sülh üçün məsuliyyəti götür” şüarı ilə iştirak etməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Aprel 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri