Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR

Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün ictimaiyyətə müraciət edib. O, Vaşinqton görüşündən sonra yaranmış yeni şəraitdən bəhs edib.

Paşinyan qeyd edib ki, Qarabağ məsələsi həll olunmasaydı, sülh də mümkün olmazdı və erməni cəmiyyəti sülh şəraitində yaşamağa öyrəşməlidir.

Onun çıxışını şərh edən bəzi erməni ekspertlər düşünür ki, Ermənistandakı revanşistlər, Qarabağ klanına aid strukturlara qarşı addımlar atılacaq.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Nikol Paşinyan konkret olaraq sülh prosesinin önündəki manelərin aradan qaldırlması istiqamətində addımlar atır:

"Nikol Paşinyanın son, xüsusilə də Vaşinqton görüşündən sonra söylədiyi fikirləri onun tez bir zamanda sülh sazişinin imzalanmasını istədiyini nümayiş etdirir. Amma masada Azərbaycanın Ermənistan konstitusiyasının dəyişilməsi ilə bağlı konkret şərti var. Ermənistan bu şərti konkret olaraq yerinə yetirmək niyyətindədir. Müəyyən işçi qruplarının yaradılması, tapşırıqların verilməsi, konstitusiya məhkəməsinin, müəyyən kommunikasiyaların qurulması və digər məsələlər üzərində iş getdiyi artıq bəllidir. Nikol Paşinyanın bununla bağlı tapşırıqları konkret masa üzərindədir. Əvvəllər konstitusiya dəyişikliyi ilə bağlı Azərbaycanın tələbi qəbuledilməz şərt idisə, artıq 17 bəndlik sülh sazişinin paraflanmasından sonra Paşinyan məsələyə daha praqmatik yanaşma göstərir. Praqmatik düşüncənin sərgilənməsi eyni zamanda daxili auditoriya ilə bir çox məsələlərin müəyyən mənada əlaqələndirilməsi, bəzi hallarda daxili auditoriya tərəfindən həzm edilməsi nöqteyi-nəzərdən olduqca vacibdir. Paşinyanın son çıxışları da məhz bu kontekstdədir. Sanki Baş nazir parlament tribunasından və ya media üzərindən daxili auditoriyaya müraciət edərək sülh müqaviləsinə maneçilik törədən məsələlərlə bağlı çox vacib fikirlər irəli sürür. Nəticə etibarilə, Nikol Paşinyan bu fikirlərinin erməni cəmiyyətinə daha da geniş şəkildə təbliğ və təşviq olunması üçün sırf regionda sülh və təhlükəsizliyə xidmət edəcək, eyni zamanda Ermənistan cəmiyyətinin inkişafına səbəb olacaq bir şəkildə aşılnamasında maraqlıdır. Faktiki olaraq Paşinyan mümkün manelərin aradan qaldırılması üçün addımlar atır. Bu addımlar özünü siyasi müstəvidə göstərməkdədir. Eyni zamanda hüquqi cəhətdən biz müəyyən yeniliklərin şahidi olmaqdayıq. Onu da görürük ki, Paşinyana qarşı sərt addım atan revanşistlər, Qarabağ klanı, kilsəyə qarşı hüquq mühafizə orqanlarnın addımları fiaskoya uğrayır. Düzdür, hələ bu son deyil, çəkişmələr davam edəcək. Anti-Azərbaycan ritorikasının güclü olduğunu görən Paşinyan təbii ki, maksimum bu ritorikanın zəifləməsinə çalışmalıdır. Sülh sazişi paraflanamadan öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqlar arasında qarşılıqlı etimad quruculuğunun vacibliyi ilə bağlı fikirlər səsləndirmişdi. Ermənistan cəmiyyətində zəruri etimad quruculuğu işlərini başlamaq lazımdır. Çünki anti-Azərbaycan ritorikasından çıxış edən qüvvələr kifayət qədər fəal şəkildə prosesə müdaxilə edirlər.Buna görə də Paşinayana qarşı siyasi təzyiq elementlərindən istiafdə edilərlər. Əgər erməni cəmiyyəti Paşinyanın bu səpkidə olan fikirlərinə müsbət yanaşıb, sülh prosesini sürətləndirəcək siyasət və hərəkətlərə yol verələrsə,nəticə etibarilə bu eyni zamanda etimad quruculuğuna keçən bir prosesdir. Bu səbəbdən paraflanmış sülh sazişinin bəndlərindən biri də bu istiqamətlə bağlıdır".

Parlamentari vurğulayıb ki, Qarabağ klanına məxsus təşkilat və qurumlar sülh prosesinin önündəki ən böyük əngəllərdəndir:

"Təbii, bu da ən böyük manelərdəndir. Qarabağ klanın əsas ruporu olan informasiya, ideoloji, siyasi təsir rıçaqlarına malik həmin təsisatların ləğv edilməsi, qondarma rejimə məxsus institutların, təşkilatların fəaliyyətlərinə xitam verilməsi olduqca vacibdir. Bu gün həmin strukturlar faktiki olaraq Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir. Bütövlükdə onların fəaliyyət göstərməsi ondan xəbər verir ki, real olaraq, hüquqi müstəvidə onların fəaliyyətinə hələ də xitam verilməyib. Hesab edirəm ki, növbəti addım kimi Nikol Paşinyan məhz bu elementə diqqət yetirəcək və həmin qurum və təşkilatların fəaliyyətlərinin dayandırılması istiqamətində ciddi addımlar atacaq. Ən azından ona görə ki, həmin strukturların fəaliyyəti Nikol Paşinyanın özünün əleyhinə təşkil olunmaqdadır. Ona təzyiq və təsir etməklə sülh prosesini əngəlləmiş olurlar. Eyni zamanda Paşinyanın siyasi hakimiyyətini təhlükə altında qoyurlar. Çünki bu revanşist qüvvələr istənilən halda tək xarici auditoriyadan dəstəklənmir, eyni zamanda xaricdən də  maddi olaraq dəstəklənirlər".

A.Allahverənov Qarabağ klanına məxsus hərbi klanların da ləğv edilməli olduğunu qeyd edib:

"Yeri gəlmişkən VOMA, Yerkrapa kimi qeyri-formal müəyyən hərbi birləşmələr də mövcuddur. Bunlar da eyni zamanda çox ciddi təhlükə yarada biləcək strukturlardır. VOMA və Yerkrapa 44 günlük müharibədə çox fəal iştirak edən hərbçilərdən təşkil olunmuş hərbi birləşmələrdir. Bunlar da Qarabağ klanına bağlı olan strukturlardır. Düşünürəm ki, Nikol Paşinyan bu müstəvidə də, onların fəaliyyətinə xitam verilməsində maraqlı olacaq. Çünki bir medalın iki üzü olduğu kimi Qarabağ klanı da medalın bir üzü həmin hərbi birləşmələr də digər üzüdür.  Buna görə də medalın hər iki üzü ilə bağlı addımların atılması çox vacibdir. Xüsusilə də sülh sazişinin imzalanamsı ərəfəsində o prosesə maneçilik törədən bütün strukturlar bu və ya digər formada siyasi meydandan kənarlaşdırılıb, uzaqlaşdırılmalıdır. Daha radikal siyasət yeridənlər də həbs edilməlidir. Düşünürəm ki, sülh danışıqları prosesində uğurun əldə olunması bu baxımdan Nikol Paşinyanın mövqelərini bir qədər də gücləndirəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see306

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see228

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see209

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see193

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see189

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see189

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see189

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see187

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see186

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see186

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see186

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see186

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see185

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see184

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see184

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see184

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see181

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see181

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see180

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri