Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Paşinyanın “ikili stul” oyunu və ya Paris Tbilisi İrəvan oxu necə dağıdı? İLGİNC SSENARİ KONKRET

Paşinyanın “ikili stul” oyunu və ya Paris Tbilisi İrəvan oxu necə dağıdı? İLGİNC SSENARİ KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin Ermənistana səfəri bir çox cəhətdən adi sayıla bilər. Bundan başqa, İravana səfər Kobaxidzenin parlament seçkilərindən sonra üçüncü rəsmi səfəri idi. Bundan əvvəl Gürcüstanın Baş naziri Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuşdu. Gürcüstan Baş nazirinin İrəvana səfərində regional əməkdaşlıq və tranzit daşıma məsələləri xüsusi müzakirə mövzusu olub. Səfər zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bəyanatı daha çox diqqət çəkib: “Cənubi Qafqazın, o cümlədən Ermənistan və Gürcüstanın böyük potensialı var. Cənubi Qafqazdan keçən tranzit marşurutlarından danışarkən Azərbaycanın rolunu qeyd etməmək olmaz”. Gürcüstan nümayəndə heyətiylə görüşdə Ermənistan rəsmisinin Azərbaycanın rolunu qeyd etməsi özlüyündə əlamətdar məqamdır. Deməli, ermənilər buraxdıqları səhvləri anlamağa başlayıblar. Regiona əlavə iqtisadi maraq cəlb etməyin yolu Zəngəzur dəhlizindən keçir və bu layihəni bir neçə dövlətdən başqa bütün dünya dəstəkləyir.

Ermənistanın cənub sərhədlərini özünün qırmızı xətti hesab edən İran və İrəvana hərbi-siyasi dəstək verən Fransa dəhlizin açılmasına dirəniş göstərir. Ermənistanı “dünyanın kəsişməsi” adlandıran Paşinyan, ölkəsinin ərazisindən bir dənə də tranzit marşurutunun keçməməsinin yaratdığı iqtisadi çətinliyi yaxşı başa düşür. Dalan dövlətə çevrilən Ermənistan indi yeni dəhlizə ümid edir. Onlara elə gəlir ki, bu dəhliz iqtisadi səmərə verəcək. İranın Bəndərabad limanından Qara dənizə qədər uzanan qondarma “dəhliz” İran-Ermənistan-Gürcüstan ərazisindən keçməklə cənubdan gələn yükləri Avropaya çatdırmaq üçün nəzərdə tutulub. Amma Ermənistanın coğrafi imkanları bu dəhlizin səmərəliliyinə imkan verə bilməz. Nəzərə almaq lazımdır ki, İran-Ermənistan sərhədindən Gürcüstana gedən yol dağlıq ərazilərdən, çətin aşırımlardan ibarətdir. Üstəlik, Hindistanın dəstək verdiyi marşrut xəttiylə Ermənistana silah daşınır və xüsusi tranzit yoluna çevrilmək imkanı yoxdur.

Azərbaycandan isə Gürcüstan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Eyni zamanda enrji xətlərinin də Gürcüstan üzərindən daşınması Tbilisiyə əlavə iqtisadi dividentlər gətirir. Ermənistan sadəcə meqa layihələrdən kənar qalmaqla dalan dövlət statusu alıb. İndi Ermənistanda iqtisadi səmərə verəcək Zəngəzur dəhlizinin açılamsı müzakirə mövzusudur. İri oyunçuların əlində alətə çevrilən Ermənistan onların çaldığı havaya oynayır və müstəqil qərar verməkdə acizdir. Amma bütün hallarda Zəngəzur dəhlizi açılacaq və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında bağlantı yaranacaq. Bu, həm də Ermənistanın üçtərəfli bəyənatda üzərinə götürdüyü öhdəlikdir. Hazırda bu sahədə danışıqlar aparılır və böyük ehtimalla yaxın zamanlarda Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək. İndi, Ermənistan üçün dünyaya yeganə çıxış Gürcüstandır. Zəngəzur dəhlizi açılana qədər Gürcüstan və Ermənistan arasında əməkdaşlıq sonuncu üçün çox vacibdir. Ekspertlər Ermənistanı Gürcüstan üçün elə də “vacib tərəfdaş” hesab etmirlər. Son bir ildə Tbilisi ilə İrəvan arasında ticarət dövriyyəsi xeyli azalıb. Bu rəqəm  2023-cü ildə 1,123 milyard dollar təşkil edirdisə, 2024-cü ildə 853,7 milyon dollara qədər azalıb. Gürcüstandan Ermənistana ixrac 787,2 milyon dollardan 617,5 milyon dollara düşüb. Ermənistandan  Gürcüstana idxal isə 336,5 milyon dollardan 236,2 milyon dollara qədərdir.

Bununla belə, Gürcüstan ətrafında mövcud geosiyasi vəziyyətdə “erməni amili”nin rolunu qiymətləndirməmək olmaz. Hazırda erməni millətçiləri  “erməni layihəsi”nin özünün gələcək geosiyasi strategiyası ilə fərqli mövqelərdə dayanırlar. Gürcüstanın öz suverenliyi uğrunda, ABŞ və Aİ-nin diktələrinə qarşı mübarizəsi, İrəvanın “Avropa inteqrasiyası” və Qərblə siyasi yaxınlaşma konteksində ziddiyyət təşkil edir. ABŞ-la strateji tərəfdaşlıq haqqında xartiya imzalayan İrəvan üçün Qərbin diktəsini rədd edən müstəqil Gürcüstan lazım deyil. Öz milli maraqlarını müdafiə edən Gürcüstan faktiki olaraq Ermənistanı ABŞ və Aİ-dən təcrid vəziyyətində qoyur. Gürcüstan həm də Ermənistanda hərbi logistikanın qurulmasına imkan vermir və bütün revanşizm planlarının üstündən xətt çəkir.

Gürcüstanda aksiyaların başlaması ilə İrəvan açıq şəkildə müxalifətin qələbəsinə ümid edirdi. Salome Zurabişvili də Ermənistanın xidmətində dayanmaqda maraqlı idi və keçmiş prezident ermənilərlə gürcüləri Cənubi Qafqazın ən qədim xalqı adlandırırdı. Qərbə, “mən sizin dostunuz Ermənistanla bir gəmidəyəm”, mesajını verən Zurabişvili nə istəyinə çata bildi, nə də ermənilərdən gözlədiyi dəstək gəldi. Bu gün Gürcüstanda “Maydan” iflasa uğradı və Paris-Tbilisi-İrəvan oxu sıradan çıxdı. Deməli, Qərb Cənubi Qafqaz siyasətini yalnız Ermənistan üzərindən həyata keçirir. Bu məkrli siyasətin mərkəzində dayanan Ermənistan regionda təhlükə mənbəyidir. Avropa İttifaqına qoşulmaq üçün referenduma hazırlaşan Paşinyan hələ də başa düşmür ki, Ermənistanı Avropada heç kim gözləmir və dilənçi kökündə yaşayan ermənilər Qərbə lazım deyil. Qərb Ermənistanı əlində alət kimi istifadə etməklə, erməniləri Türkiyə və Azərbaycana qarşı istifadə etməyə çalışır. ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan eyni zamanda ən yaxın müttəfiqi Rusiyanın maraqlarına qarşı çıxdı. Cənubi Qafqazda təhlükə mənbəyinə çevrilən İrəvanın eyni zamanda iki stulda oturmaq cəhdi Ermənistan dövlətçiliyinin sonu ola bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri