Icma.az
close
up
RU
Paşinyanın son qalası: Paris də qısa zamanda ermənilərə dəstək verə bilməyəcək

Paşinyanın son qalası: Paris də qısa zamanda ermənilərə dəstək verə bilməyəcək

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 16-sı Fransaya səfər edib.

Bu barədə “Armenpress” məlumat yayıb. 

Qeyd edlib ki, səfər işgüzar xarakter daşıyır.


Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a bildirib ki, 2018-ci ildəki "məxməri" inqilabından sonra Ermənistanda rusmeyilli siyasi xətt öz yerini Qərb meyilli siyasi addımları ilə məşhurlaşan və bu istiqamətdə davam edən iqtidara verdi:


"Ermənistan siyasəti bu dövrdən Qərbə inteqrasiya kimliyinə büründü. 2020-ci ildə Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan tərəfi ancaq Rusiyanı və KTMT-ni ittiham etməyə başladı ki, "bizi qorumalı idiniz, qorumadız". Yəni öz işğalları, haqsızlıqları bir yanda qaldı. Çünki ermənilər yaxşı başa düşürdü ki, onlar heç bir halda öz gücləri ilə nə Azərbaycana, nə də digər ölkələrə qarşı hər hansı siyasi addımlarda uğurlu ola bilərlər. Ümumiyyətlə Ermənistan dövləti yarandığından bu günə qədər öz ayaqları üstündə durmağı deyil, kimlərinsə sayəsində nələrsə qazanmağı planlayır. Digər tərəfdən Paşinyan iqtidarı bilirdi ki, Rusiya kollektiv Qərblə münaqişəyə hazırlaşır. Bu münaqişə bir yerdən sonra Şərq-Qərb qarşıdurmasına çevrilə bilər. Belə olan halda Rusiya türklərin dəstəyinə ehtiyac duyacaq. Bu da Ermənistanın təklənməsi ilə nəticələnə bilər. Ona görə də Paşinyan dövləti Rusiya təsirindən çıxarıb Qərb təsirinə salmağa çalışır. Ermənistan hər nə qədər Qərbə güvənsə də, burdan İrəvan üçün heç bir ciddi dəstək gələ bilməzdi. Nəticədə 30 ilə yaxın işğalda saxladıqları bir bölgəni itirdilər. Bu gün də Paşinyan həmin siyasi məntiqin davamını həyata keçirməyə çalışır".


Şərhçinin sözlərinə görə, Rusiyanın Türkiyə və Azərbaycan ilə əlaqələri istəkdən çox məcburiyyətə çevrilib:

"Çünki Putin özünün düşdüyü həm Ukrayna bataqlığında, həm də Yaxın Şərqdəki çətin situasiyada bu ölkələrə çox ciddi ehtiyac duyur. Buna görə də onlar Rusiyadan havadarlıq ümidlərini kəsirlər. Paşinyan üçün isə geriyə sadəcə Qərb dairələri qalır. Böyük Britaniyanın Şərq siyasətinə baxdıqda görürük ki, Britaniya tərəfi ermənilərlə türklər arasındakı seçimdə üstünlüyü türklərə verirlər. Britaniyanın siyasi gedişlərinin milliyyətçi radikal dəyərlərdən daha çox ağla söykənən siyasi addımlar üzərində göz önünə gətirdikdə bunu başa düşmək asanlaşır. ABŞ-ın da bu gün müəyyən qədər problemləri var. Yaxın Şərqdə biz onun düşdüyü vəziyyəti və İsrailə dəstək verməsi ilə nə qədər ciddi problemlərlə üzləşdiyini bilirik. Dünyanın digər nöqtələrindəki maraqlarını müdafiə etmək ABŞ üçün həm məcburiyyət, həm də çox ciddi bir yük deməkdir. Belə olan halda Amerikada istər demokratlar, istərsə də respublikaçılar böyük türk kimliyinə qarşı ola bilməz".


Həşim Səhrablı deyib ki, Ermənistanın son dayaq nöqtəsi Fransa qalıb:

"Onlar tarixən ilkin addımlarında həmişə milli radikal müstəvidən çıxış edib. Yəni dünyaya "öz maraqlarını necə təmin edə bilərlər?", "necə daha faydalı çıxa bilərlər?" yox, "kim bizim düşmənimizdir?", "hansı xalqlar bizim dostumuzdur?" nöqtəsindən yanaşırlar. Fransa birmənalı olaraq Şərq və Cənubi Qafqaz siyasətində Ermənistanı müttəfiqinə çevirir. Ermənilər də bundan öz xeyirlərinə istifadə etməyə çalışırlar. Suren Papikyanın səfəri də bu məqsədlərə hesablanıb. Həm siyasi-diplomatik, həm də hərbi-texniki baxımdan dəstək almaq istəyirlər. Amma 30 il əvvəlki və günümüzün Fransası eyni müstəviyə qoyula bilməz. Bu dövlət artıq dünyadakı yerini tam itirməsə də, itirməkdədir. Rəsmi Paris Yaxın Şərqdə Rusiyaya tam mənada məğlub olmursa, bu, Kollektiv Qərb gücündən qaynaqlanır. Yəni Fransanın öz nailiyyəti deyil. Afrikada bir sıra dövlətlər var ki, onlar Fransa hərbi və iqtisadi müqavilələrə xitam veriblər, əməkdaşlıqları dayandırıblar. Bu təqdirdə Paşinyanın son qalasının - Parisin də qısa zamanda ermənilərə dəstək verə bilməməsi ilə qarşılacağıq. Bu halda isə ermənilər özləri də başa düşəcək ki, artıq oyunun sonudur. Eyni zamanda "dənizdən dənizə Ermənistan xülyaları suya düşüb. Onları dəstəkləyəcək real politik bir  vəziyyət yoxdur. Nəticədə heç bir görüşün əhəmiyyəti qalmayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri