Icma.az
close
up
RU
Payız mövsümü təkcə saralmış yarpaqlarla yox, süfrəmizə gətirdiyi meyvələri ilə də həyatımıza rəng qatır

Payız mövsümü təkcə saralmış yarpaqlarla yox, süfrəmizə gətirdiyi meyvələri ilə də həyatımıza rəng qatır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Payız təkcə saralmış yarpaqlarla deyil, həm də süfrəmizə gətirdiyi meyvələri ilə tanınır. Bu fəsildə təbiətin insanlara bəxş etdiyi meyvələr - heyva, feyxoa, nar, xurma və mandarin bu mövsümün dadlı simvollarına çevrilir.

Heyva payızın ən ətirli meyvələrindəndir. Sərtliyi ilə seçilsə də, bişdikcə yumşalan heyva sanki insanlara da səbirli olmağı öyrədir. Ondan hazırlanan mürəbbə və kompotlar təkcə ləzzəti ilə yox, həm də şəfalı olması ilə seçilir. Heyvanın tumu öskürəyin müalicəsində faydalı ola bilər, həmçinin kosmetikada da istifadə olunur. Tumunun üzərinə su əlavə edirsən, zəif odda qaynadıb, süzüb suyunu içirsən.

Heyva tumunun tərkibində selikli maddələr, antioksidantlar və A vitamini var. Təbii nəmləndirici kimi istifadə olunur - tumlar isladılıb jelləşdirildikdə dərini yumşaldan və qidalandıran təbii vasitə alınır. Gün keçdikcə jele daha da qatılaşır. Həm üz təmizləyici, həm də ağardıcı özəlliyi var. Saç baxımında - saç köklərini gücləndirmək və parlaqlıq vermək üçün də istifadə olunur.

Nar da çox xeyirli meyvədir. Nar vitaminlərələ zəngindir. Bu vitaminlər immun sistemini gücləndirir, qan damarlarının sağlamlığını dəstəkləyir, sinir sistemini möhkəmləndirir və qan dövranını yaxşılaşdırır.

Nardan da kosmetikada geniş istifadə olunur. Nar həm özü, həm də tumu və qabığı ilə dəri və saç baxımı üçün çox faydalı sayılır. Onun kosmetik istifadəsi belə sahələri əhatə edir. Nar eyni zamanda dərini nəmləndirir və elastikliyini artırır, yaşlanma əleyhinə, (antioksidantlarla zəngindir ) sızanaqlara qarşı antibakterial təsir göstərir. Saç baxımında nardan geniş istifadə olunur - saç dərisini qidalandırır, saç tökülməsinin qarşısını almağa kömək edir, saça parlaqlıq verir

Feyxoa isə kiçik, yaşıl görünüşü və güclü ətri ilə həm fərqli, həm də ekzotik meyvədir. C vitamini ilə zəngin bu meyvə immuniteti gücləndirərək, payızın dəyişkən havasına qarşı bədənin müdafiəsini artırır. Ondan çox dadlı kompot və bişməyən tez hazırlanan (şəkər tozu və feyxoa) mənim də çox sevdiyim mürəbbə hazırlanır.

Xurma və karalyok ən sevdiyim meyvələrdəndir. Bol vitaminli, lifli və dadlı bir meyvədir. Tərkibində A, C, E vitaminləri, dəmir, kalium və antioksidantlar var. Həm həzmi tənzimləyir, həm də immun sistemini gücləndirir.

Karalyok isə xurmanın xüsusi bir növüdür. Qara və ya tünd narıncı rəngli olur, dadı şirin və daha yumşaqdır. Tərkibindəki yüksək təbii şəkər onu enerji mənbəyi edir. İmmuniteti gücləndirir, ürək-damar xəstəliklərinin riskini azaldır, enerji verir, stressi azaldır. Payızda bazarlarda bol-bol rast gəlinən bu meyvələr həm sağlamlıq, həm də dad baxımından əvəzsizdir.

Mandarin payızın sonlarında öz parlaq rəngi və ətri ilə gələn qışın xəbərçisidir. Uşaqlıq xatirələrini canlandıran bu meyvə həm sevinci, həm də nostalgiyanı özündə daşıyır.

Gözəllik üçün təbiətin təqdim etdiyi bu gözəl nemətlər, həm sağlamlıq, həm də estetik baxımından böyük əhəmiyyət daşıyır.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri