Icma.az
close
up
RU
Payız özü ilə xəstəlikləri də gətirib

Payız özü ilə xəstəlikləri də gətirib

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onlardan necə qorunmalı?

Payız mövsümü bütün xəstəlikləri özü ilə gətirir. Xüsusilə də xroniki, infeksion xəstəliklər bu mövsümdə kəskinləşir. Həm də bu mövsümdə tənəffüs xəstəlikləri də çox artır. Havanın temperaturu, atmosfer təzyiqi, küləyin təsiri ilə əlaqədar olaraq burun, udlaq, boğaz boşluğunda qrip kimi respirator xəstəliklər yaranır. Hətta bir çoxumuzda bu xəstəlik allergiya halına çevrilir. Bəzi xroniki xəstəliklər payızda özünü daha çox biruzə verir. Bundan başqa bəzi mövsümi xəstəliklər də məhz bu fəsildə üzə çıxır. Bəs payızın gətirdiyi bu allergik xəstəliklərdən necə qorunmalı?

Terapevt, infeksionist, həkim Etibar Süleymanov “Xalq Cəbhəsi”nə deyib ki, payız mövsümünün gəlməsi ilə əlaqədar bəzi mövsümi xəstəliklər, el arasında soyuqdəymə deyilən, lakin müxtəlif viruslar tərəfindən törədilən xəstəliklərin sayı çoxalır. Buna səbəb havaların qeyri-stabil keçməsi, gah isti, gah soyuq olması və bununla əlaqədar geyim rejiminə əməl edilməməsi, eyni zamanda, payız dönəmində virusların inkişafının daha sürətli olması, insanların immun sisteminin zəif olmasıdır.

E.Süleymanov bildirib ki, xəstəliklərin qarşısını almaq üçün idmanla məşğul olmaq, immun sistemini gücləndirməkdən ötrü bol meyvə-tərəvəz, göyərti məhsullarından istifadə etmək, vitamin kompleksləri qəbul etmək lazımdır: “Eyni zamanda, insanların bir yerə toplanması, uşaqların bağçalarda, məktəblərdə, universitetlərdə bir araya gəlməsi xəstəliklərin artmasına səbəb olur. Ona görə xəstələnmiş insanların təcrid olunması, hərarəti olan insanların evdə özünü təcrid etməsi və maskalardan istifadə etməsi lazımdır”.

Onun sözlərinə görə, bunlarla yanaşı, peyvəndlər xəstəliklərin qarşısını almağın ən yaxşı yollarından biridir: “Qrip, pnevmaniya və yoluxucu xəstəliklərdən suçiçəyi, qızılca və s. əleyhinə peyvəndlənmənin vaxtında aparılması məsləhət görülür”.

İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Uzmanı Dr.Vasif Əliyevin fikrincə, payız mövsümü gəldiyinə görə qrip, mövsümi xəstəliklərin sayı daha çox görünür. Həm insanlar artıq tətildən geri dönürlər, iş, məktəblər başlayır. İnsanlar qapalı məkanlardan daha çox istifadə etdiyinə və havalar da soyuduğuna görə insanlar daha tez xəstələnir, xəstəliyin ötürücülüyü də artır. Qapalı məkanlarda insanlar arasında ara məsafəsi daha da qısaldığına və respirator infekisiyalar hava-damcı yoluyla yoluxduğuna görə bir insandan digər insana keçid də çoxalır və yoluxma daha da sürətlənir.

V.Əliyev bildirib ki, bu baxımdan payız-qış mövsümündə xəstəlikdən qorunmaq üçün birinci növbədə qalın, mövsümə uyğun geyinməli, sağlam qidalanmalı, zərərli vərdişlərdən uzaq durmalıyıq: “Eyni zamanda da hər il oktyabr ayından etibarən, yəni mövsümi olaraq ildə 1 dəfə qripə qarşı peyvənd vurdurmaqla biz özümüzü qoruya bilərik. Bədən müqaviməti zəif olan insanlar, uşaqlar və 50 yaşın üzərində olan insanlar, eyni zamanda, xroniki xəstəlikləri olan, xroniki ağciyər, qaraciyər, böyrək, xroniki ürək xəstəlikləri olan, şəkər xəstələri, kimyaterapiya alan insanlar, hamilə qadınlar xəstəlikləri daha ağır keçirə bilər. Bu insanlar da mütləq peyvənd olunmalıdır. Peyvənd olunmaqla bu xəstəlikləri daha rahat, daha yüngül keçirə bilərik”.

Onun sözlərinə görə, əgər insan artıq xəstəlik keçiribsə, mütləqdir ki, həkim nəzarətində, ev şəraitində izlənilsin: “Çünki onun başqa bir insana xəstəlik ötürməsinin qarşısını almaq lazımdır və həmin insanlar məcbur qaldığı halda mütləq tibbi maskadan istifadə etməlidir. Bol maye tükətməli, hərarət salıcı dərmanlardan istifadə etməli, istirahət etməli və qəti şəkildə ilk günlərdə antibiotik istifadə olunmamalıdır. Ehtiyac olarsa, həkim tövsiyəsiylə antibiotik qəbul edə bilərlər. Çünki antibiotiklər hər hansı bir virusa təsir göstərmir”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri