Icma.az
close
up
RU
PAYTAXTDA EVLƏRİN QİYMƏTİ NİYƏ SÜRƏTLƏ ARTIR? Bu binalarda mənzillər 5 milyona satılır... AzPolitika onlayn siyasiictimai qəzet

PAYTAXTDA EVLƏRİN QİYMƏTİ NİYƏ SÜRƏTLƏ ARTIR? Bu binalarda mənzillər 5 milyona satılır... AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Son bir neçə ildir ki, paytaxt Bakıda yerləşən bina evlərinin və fərdi yaşayış sahələrinin qiymətində sürətli artım müşahidə olunur. 2021-ci ildən özünü daha kəskin şəkildə biruzə verən qiymət artımı növbəti illərdə də artan tendensiya ilə davam edib.

Statistik məlumatlarda qeyd olunur ki, 2024-cü ilin oktyabr ayında fərdi evlərin və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1,7 faiz artıb. Qeyri-yaşayış sahələrində 1,4 faiz aylıq qiymət artımı müşahidə olunub. Paytaxtın mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə orta hesabla 0,6 faiz artıb. Yaşayış mənzillərinin kirayə qiymətləri isə daha çox artıb – 2,8 faiz.

Hazırda paytaxtda ən ucuz mənzillər əsasın Zabrat, Məhəmmədi, Sabunçu, Mərdəkan, Masazır kimi şəhərətrafı ərazilərdə yerləşir. Bu yerlərdə birotaqlı mənzillər təxminən 30 min manatdan bahadır. İki otaqlı evlər isə təxminən 60 min manata təklif olunur.  Paytaxtdai metroya yaxın ərazilərdə yerləşən bir otaqlı təmirli mənizllərin qiyməti isə 70-100 min manat ətrafındadır. Metroya yaxın ərazilərdə iki və daha çox otaqlı mənzillər isə 100 min manatdan baha qiymətə təklif olunur. Mərkəzi hissələrdə isə bir otaqlı təmirli mənizllər 100 min manatdan, iki otaqlı mənzillər isə 150 min manatdan yuxarı təklif olunur.


Maraq üçün “bina.az” elan portalına istinadla hazırda paytaxtda ən baha qiymətə təklif olunan 3 mənzili təqdim edirik:

- Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən "Port Baku Residence"da 8 otaqlı 1050 kvadratmetr sahəsi olan mənzilin qiyməti 5 milyon 99 min manatdır.

- Bulvara yaxın, Bakının ən elit binalarından hesab olunan “Hilton Baku Apartment”də 5 otaqlı, 300 kvadratmetr sahəsi olan mənzil 5 milyon 100 min manata təklif olunur.

- “Port Baku Residence” də 8 otaqlı 350 kvadratmetr ərazisi olan mənzilin qiyməti də 5 milyon 100 min manatdır.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “AzPolitika”-ya şərhində bildirib ki, paytaxtda mənzillərin qiymətinin bahalaşmasının müxtəlif səbəbləri var:“İlk öncə qeyd edim ki, qiymət artımı paytaxt Bakı ilə yanaşı, Xırdalan, Sumqayıt və digər şəhərlərdə də baş verir. Ancaq təbii ki, kəskin qiymət artımı əsasən Bakı şəhərində müşahidə edilir. Çünki Bakıdakı mənzillərin qiyməti onsuz da bahadır və məsələn, 10 faizlik bir artım olan zaman ümumi qiymətdə daha böyük bir rəqəm ortaya çıxır. Qiymət artımına gəlincə, paytaxtın mərkəzində və ya mərkəzə yaxın ərazilərdə çoxmənzilli yaşayış binlarının tikintisi üçün torpaq sahələri qalmadığına və ya qalan torpaq sahələrinin satış qiymətinin baha olması birmənalı olaraq tikinti xərclərinə təsir edir. Digər tərəfdən, əmlak bazarında son 3 ildə satılan əmlakların ortalama 65-70 faizə qədəri müxtəlif növ kredit şərtləri ilə satılıb. Yəni, ipoteka, bank kreditləri ilə, şirkətdaxili kreditlərlə və s. Burada bir məqamda var ki, ipoteka krediti ilə satılan əmlaklar kredit müddəti bitməyənə qədər satışa çıxarıla bilmir. Həmin əmlaklar təxminən 10 ildən 25 ilə qədər kreditdə qalır və bu əmlakların növbəti illərdə satışı baş tutmur. Bu da mənzil bazarında qiymət artımına səbəb olan digər bir nüansdır. Həmçinin bazarda təlabatın artması, tikinti materiallarında baş verən bahalaşma, yeni tikinti şərtləri qaydalarının dəqiqləşməsi qiymət artımına səbəb olan digər nüanslar hesab oluna bilər”

Ekspert qeyd edib ki, hazırda mənzil bazarında qiymətlərin nə vaxt normallaşacağına dair dəqiq proqnoz vermək mümkün deyil: “Qiymətlərin stabilləşməsi üçün ilk növbədə bölgələrdə iqtisadi vəziyyət yaxşılaşmalıdır. Bölgələrimizə tələbat artmalı, paytaxtın insan yükü aşağı düşməlidir. Yaxın 5 ildə Qarabağda tikinti-bərpa işləri yekunlaşdıqdan, köç sürətləndikdən, kütlənin bir hissəsi həmin əraziyə axın etdikdən, digər qonşu rayonların inkişafı baş verdikdən sonra Bakıda əhali sayının azaldığını görə bilərik. Təbii ki, təlabat azalarsa, qiymətlərdə də stabilləşmə yaşanacaq”.

Son bir ildə mənzillərin qiyməti 9,2 faiz bahalaşıb

Məlumat üçün qeyd edək ki, Azərbaycanın mənzil bazarındakı qiymət artımı 2024-cü ilin üçüncü rübündə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin üçüncü rübündə ümumi mənzil bazarında qiymət indeksi ikinci rübə nisbətən 3,8 faiz artıb. Bu artım, həm ilkin, həm də təkrar mənzil bazarlarında müşahidə olunub.

İlkin mənzil bazarındakı qiymət artımı daha yüksək olub - 4,3 faiz. Təkrar mənzil bazarında isə qiymətlər 3,7 faiz yüksəlib. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artıb. İlkin mənzil bazarında artım daha yüksək olub və 10,3 faiz təşkil edib. Təkrar mənzil bazarındakı qiymət artımı isə 9,1 faiz olaraq qeydə alınıb.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Dekabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri