Pedaqoji Universitetin tələbəsi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 8 oktyabr, AZƏRTAC
Avstraliyanın Sidney şəhərində 76-cı Beynəlxalq Astronavtika Konqresi - IAC 2025 keçirilib. Kosmos sahəsində dünyanın nüfuzlu elmi platformalarından biri olan bu konqresdə 52 üzvdən ibarət Azərbaycan Milli Elmi Komandası da iştirak edib. Komandanın tərkibində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının Riyaziyyat və informatika müəllimliyi ixtisasının V kurs tələbəsi Sona Rüstəmova da yer alıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
S. Rüstəmovanın təqdim etdiyi “Ağıllı yataq sistemi” (“Smart Bed System”) adlı elmi məqalə 100-dən çox ölkədən göndərilən çoxsaylı məqalələr içərisindən seçilərək konfransda təqdim edilmək hüququ qazanıb. Təqdim olunan layihə beynəlxalq mütəxəssislər və alimlər tərəfindən maraqla qarşılanıb, praktik əhəmiyyəti və innovativliyi yüksək qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 08 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















