Icma.az
close
up
RU
“Pensiyalarda artım bu il də davam edəcək”

“Pensiyalarda artım bu il də davam edəcək”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfi reallaşdırılıb”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 3 milyon vətəndaşı əhatə edən və illik əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrıldığı bu islahat zərfi çərçivəsində ötən il əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin də artırılması təmin edilib:

“Keçən ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və 1,1 milyon pensiyaçını əhatə edən bu artımlar üçün illik əsasda 520 milyon manat vəsait ayrılıb. Həmçinin fərdi şəxsi hesablardakı pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb. Ötən il fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb”.

Z.Mirzəyev həmçinin sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə edilən artımları, dövlət başçısının Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrə 200 manat birdəfəlik maddi yardım ödənildiyini diqqətə çatdırıb:

“2025-ci ildə Fondun xərclərinin əvvəlki ilə nisbətən 9 faiz və ya 629 milyon manat artaraq 7,5 milyard manat təşkil etdiyi qeyd olunub. Orta aylıq pensiya ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 578 manata çatıb. Pensiyalarda artım dinamikası bu il də davam edəcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri