Icma.az
close
up
RU
Piyadaların qayda pozuntusu qəzalara yol açır Ekspertdən xəbərdarlıq

Piyadaların qayda pozuntusu qəzalara yol açır Ekspertdən xəbərdarlıq

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda piyadaların həyatlarını təhlükəyə ataraq sürətli avtomobil yollarına çıxmasına tez-tez rast gəlinir. Belə hadisələrdən biri Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində baş verib.

Gənc oğlan dəmir məhəccərləri aşaraq avtomobillərin sürətlə hərəkət etdiyi yola özünü atıb. Onu vurmamağa çalışan sürücülər sürəti azaldaraq qəza şəraiti yaradıblar.

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, belə hallarl bağlı cərimə məbləği kifayət qədər aşağıdır:

"Bu problem daim mövcuddur. Bəzi yerlərdə piyada keçidi uzaqda olur və piyadalar bundan narazılıq edir. Amma elə ərazilər var ki, xüsusilə də nəqliyyatın yüksək sürətlə hərəkət etdiyi yollarda yolu qanunsuz keçmək ölüm riski yaradır. Qanunvericiliyə əsasən həmin piyadalar 40 manat cərimələnirlər. Bir vaxtlar belə hallara görə daha çox cərimələr tətbiq olunurdu. Son dövrlər isə bunun şahidi olmuruq. Halbuki heç olmasa bu şəxslərin müəyyən hissəsi cərimələnsə, müəyyən təsiri ola bilər. Cərimə məbləği də kifayət qədər aşağıdır. Cərimələrin məbləği artdıqca həm sürücülər, həm də piyadalar daha məsuliyyətli davranmağa başlayırlar. Heç kim yüksək məbləğdə cərimə ödəmək istəmir”.

O qeyd edib ki, bu kimi hallarda sürücülər də müəyyən məsuliyyət daşıyır:

"Təbii ki, belə hallard sürücünün də məsuliyyəti var. Sürücü diqqətli olmalı, yol şəraitini nəzərə almalıdır. Amma elə hallar da olur ki, piyada qəfil şəkildə yolun hərəkət hissəsinə çıxır və sürücünün reaksiya verməyə faktiki imkanı qalmır.

Bu da ciddi problemdir”. 

Nəqliyyat eksperti bildirib ki, problemin həlli üçün cərimələr artırılmalıdır:

"Burada əsas gözlənti odur ki, piyadaların məsuliyyət hissi artırılsın. Bunun üçün maarifləndirmə işi aparılmalı, eyni zamanda cərimələr artırılmalı və onların tətbiqi effektiv olmalıdır ki, real təsir göstərsin. Digər tərəfdən, aidiyyəti qurumlar da müəyyən istiqamətlərdə tədbirlər görməlidirlər. Elə ərazilər var ki, piyadaların yolu yalnız bir nöqtədən keçməsi tələb olunur. Halbuki həmin yerlərdə piyada keçidlərinə ciddi ehtiyac var.

Əgər piyadalar üçün normal şərait yaradılıbsa, yerüstü və ya yeraltı keçid mövcuddursa, yaxud işıqforla tənzimlənən piyada keçidi varsa, artıq həmin yerdən istifadə edilməlidir. Bu halda başqa yerdən yolu keçməyə heç bir əsas qalmır.

Buzovnada bəzi yollar var ki, xüsusilə sürətli hərəkət olan ərazilərdə piyada keçidləri kifayət qədər deyil. Əvvəllər şəhər kənarı hesab olunan bəzi ərazilər artıq şəhərin bir hissəsinə çevrilib. Belə yerlərdə də bəlkə müəyyən nöqtələrdə işıqforların quraşdırılmasına ehtiyac yaranıb. Məsələn, Heydər Əliyev prospektində sürücünün hərəkətini məhdudlaşdıran işıqfor və ya dayanacaq yoxdur. Amma müəyyən analizlər aparılsa, hansıki müəyyən nöqtələrdə piyadalar intensiv şəkildə yolu keçir, həmin yerlərdə işıqforların quraşdırılması təhlükəsizlik baxımından faydalı ola bilər”.

O vurğulayıb ki, əgər bütün təhlükəsizlik şəraiti yaradılıbsa və buna baxmayaraq piyada qaydanı pozursa, baş verən hadisəyə görə hüquqi məsuliyyət də buna uyğun qiymətləndirilməlidir:

"İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, belə hallarda piyadanın məsuliyyəti daha ciddi şəkildə müəyyən edilir. Çünki əgər bütün təhlükəsizlik şəraiti yaradılıbsa və buna baxmayaraq piyada qaydanı pozursa, baş verən hadisəyə görə hüquqi məsuliyyət də buna uyğun qiymətləndirilməlidir. Məsələn, belə hallarda piyada ölərsə, onun yaxınları sürücüyə dəyən ziyanı qarşılayır”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 İyul 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri