Icma.az
close
up
RU
Plastik qablarda südün satılması: Hormonal problemlər və xərçəng riski

Plastik qablarda südün satılması: Hormonal problemlər və xərçəng riski

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Plastik qabda süd saxlamaq risklidir. Bunun isə bir neçə səbəbi var. İlk növbədə, plastik qablar süd üçün nəzərdə tutulmayıb və əksər plastik qablar qazlı içki, su, məişət mayeləri üçün istehsal olunur. Bu qablar isə isti, yağlı və turş mühitə uyğun deyil. Süd, yağlı bir məhsul olduğu üçün tez turşuyur və bakteriyalar üçün ideal mühit yaradır, nəticədə plastikdən südə kimyəvi maddələr keçə bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov plastik qablarda süt məhsullarının satılmasından danışarkən bildirdi.

Onun sözlərinə görə, plastik qablar xüsusilə zərərli maddələr olan BPA və ftalatlar kimi maddələri südə keçirə bilər:

"Bu maddələr hormonal sistemi poza bilər, uşaqlarda inkişaf problemlərinə və uzunmüddətli istifadə zamanı xərçəng riskinin artmasına səbəb ola bilər. Risk daha da artır, əgər qab əvvəllər qazlı içki üçün istifadə olunubsa, qab günəş altında qalıbsa və ya süd isti halda qablaşdırılıbsa".

Mütəxəssis əlavə etdi ki, plastik qabların gigiyena problemi də var.

"Ev südləri pasterizə olunmur və mikrobioloji nəzarətdən keçmir. Plastik qabların iç səthi cızıqlıdır və bakteriyalar bu cızıqlarda rahat çoxalır, yuyulsa belə tam təmizlənmir. Bu isə qida zəhərlənməsi riskini artırır. Bir çox hallarda isə plastik qablar bir neçə dəfə istifadə olunur və sənaye sterilizasiyasından keçmir, bu da bağırsaq infeksiyaları, xüsusilə uşaqlar və hamilələr üçün ciddi risk yaradır. Süd yalnız şüşə qabda və ya qida üçün nəzərdə tutulmuş, sertifikatlı plastikdə satılmalıdır. Ev südü mütləq qaynadılmalı və +2, +4 dərəcədə saxlanılmalıdır. Ev südünün qazlı içki və ya su qablarında satılması həm kimyəvi, həm də mikrobioloji baxımdan təhlükəlidir. "Təbii" adı altında satılması isə onu avtomatik olaraq təhlükəsiz etmir", - deyə Fərid Səfərov əlavə etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri