PlayStation oynamaq üçün rabitə quyularının qapaqlarını oğurladılar
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Siyəzən rayonunda “PlayStation” oynamaq üçün pul əldə etmək məqsədilə rabitə xətlərinin yerləşdiyi yeraltı quyuların qapaqlarını oğurlayan iki nəfər məhkum edilib.
Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə Siyəzən rayonunun Yenikənd kəndində baş verib.
İki nəfər əvvəlcədən əlbir olaraq dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə aid qurğuların yerləşdiyi iki yeraltı quyunun qapağını götürərək oğurlayıb. Oğurlanan qapaqların hər birinin dəyəri 151 manat 76 qəpik, ümumi dəyəri isə 303 manat 52 qəpik olub.
Məhkəmədə müttəhimlərin verdiyi ifadəyə görə, onlar hadisə günü saat 19 radələrində “PlayStation” oynamaq üçün görüşüblər. Daha sonra pul əldə etmək məqsədilə rabitə xətlərinin yerləşdiyi quyuların qapaqlarını götürüb satmaq qərarına gəliblər.
Onlar Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən iki rabitə quyusunun qapağını götürüblər. Daha sonra qapaqları satmaq üçün Yenikənd kəndində dəmir alqı-satqısı ilə məşğul olan şəxsin evinə aparıblar.
Məhkəmədə səsləndirilən ifadələrə əsasən, qapaqların ümumi çəkisi təxminən 80 kiloqram olub.
Qapaqların qarşılığında onlara ümumilikdə 20 manat verilib. Onlar pulu aralarında bölərək hərəsi 10 manat götürüb.
Məhkəmə zamanı hər iki müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Onların əməli Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) və 177.2.3-2-ci maddəsi (dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə və qurğularına münasibətdə oğurluq) ilə tövsif edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən biri 1 il 6 ay, digəri isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Sentyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















