Icma.az
close
up
RU
Pley offda köhnə tanış

Pley offda köhnə tanış

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.

“Ferentsvaroş” III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda səfərdə qolsuz heç-heçə edən macarlar azarkeşləri önündə 3 cavabsız qolla mərhələ adlayıb.

“Qarabağ” daha əvvəl bir dəfə Çempionlar Liqasında “Ferentsvaroş”la üz-üzə gəlib. 2022-ci ildə III təsnifat mərhələsində macarlarla qarşılaşan “Qarabağ” Bakıda heç-heçə edib (1:1), səfərdə isə qələbə qazanaraq (3:1) mərhələ keçən tərəf olub.

Macarıstan çempionatında mövsüm başlayıb və “Ferentsvaroş” artıq 3 rəsmi matç keçirib. Komanda liqada 2 qələbə qazanıb, 1 heç-heçə edib. 8 qol vuran macarlar qapısında 2 top görüb.

Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “Ferentsvaroş” əvvəlcə Ermənistanın “Noa” komandasını mübarizədən kənarlaşdırıb. Macarlar hər iki oyunda qələbəyə sevinib – 2:1, 4:3.

“Transfermarkt”da dəyəri 52 milyon olan macarların heyətində “Qarabağ”ın sabiq futbolçusu Julio Romao çıxış edir. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm hələ oyuna çıxmayıb. Komandada eyni zamanda “Liverpul”un sabiq üzvü Nabi Keyta, ermənistanlı vinger Edqar Sevikyan forma geyinir. Komandanın qol silahı Barnabaş Varqadır. Macar hücumçu bu mövsüm ÇL-də 4 oyuna 4 qol vurub. Varqa yerli çempionatda isə 3 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Komandaya isə məşhur mütəxəssis Robbi Kin rəhbərlik edir. O, bu ilin yanvarından macarların sükanı arxasındadır. “Ferentsvaroş” onun başçılığı altında 32 oyunda 20 qələbə qazanıb, 7 heç-heçə edib, 5 dəfə uduzub. Kinin əsas taktiki sxemi 3-4-2-1-dir.

Komandalar arasında ilk oyun avqustun 19-da Macarıstanda, cavab görüşü isə avqustun 27-də Bakıda olacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see354

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see329

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see322

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see301

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see268

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see251

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see247

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see235

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see198

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see189

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see181

Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq Kriştiano Ronaldo

05 İyul 2026 23:00see179

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see178

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see170

Ronaldu yenə sərt danışdı: “O günü özüm seçəcəyəm”

05 İyul 2026 23:00see166

Ukraynanın bu əks hücumları strateji fəlakət idi Vens

05 İyul 2026 23:23see164

​Sözü üzə deyən 5 bürc

05 İyul 2026 23:00see161

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see158

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see155

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri