Polis Almaniya Futbol İttifaqına basqın etdi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya polisi Almaniya Futbol İttifaqının (DFB) Frankfurtdakı baş qərargahına basqın edib.
QOL.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Əməliyyat Avro-2024-ün təşkili zamanı baş vermiş ola biləcək korrupsiya faktları ilə bağlı istintaq çərçivəsində həyata keçirilib. Əməliyyata 150 müstəntiq cəlb olunub.
Axtarışlar həmçinin turnirə ev sahibliyi edən 9 şəhərin - Gelsenkirxen, Dortmund, Düsseldorf, Köln, Hamburq, Berlin, Frankfurt, Ştutqart və Münhen administrasiyalarında da aparılıb. Bundan başqa, Avro-2024-ün təşkili üçün yaradılmış "Euro 2024 GmbH" şirkəti də yoxlanılıb.
Mənbənin məlumatına görə, istintaq qanunsuz bilet paylanması və dəvətlərlə bağlı xidmətlərin göstərilməsi şübhəsi ilə iki nəfər barəsində aparılır. İddia olunan rüşvətin məbləği təxminən 2400 avro təşkil edir.
Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Royl bildirib:
"Futbol bileti maaşın bir hissəsi deyil. Dövlət xidmətində işləyən və rüşvət almaq istəyən hər kəs bizim ziyarətimizi gözləyə bilər. Avropa çempionatı kimi böyük tədbirlər insanların idmana və onu təşkil edən qurumlara etimadından asılıdır. Bir neçə dəvət və biletə görə bu etimadın sarsılmasına imkan verməyəcəyik."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 01 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















