Polis əməkdaşları tərəfindən döyülən şəxslə bağlı Baş Prokurorluğa müraciət edilib
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Ermənistanda vəkil Ara Qaragözyan müdafiə etdiyi şəxsin Armavirdə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Vəkilin sözlərinə görə, polislər həmin şəxsə evində zor tətbiq edib, bundan sonra onu məntəqəyə aparıblar və ağzını lentlə bağlayaraq döyməyə davam ediblər. Bunu təsdiqləmək üçün o, sosial şəbəkədə video və fotolar yerləşdirib. Zərərçəkmiş şəxs Baş Prokurorluğa şikayət edib.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan da öz növbəsində sosial şəbəkələrdə məlumat verib ki, polis əməkdaşları müstəntiqin qərarı ilə hərəkət edib, kişi isə onların tələblərini yerinə yetirməkdən imtina edib. Onun sözlərinə görə, gücdən məcburi hərəkətə nail olmaq üçün istifadə edilib.
Hərəkətlərin qanuniliyi Daxili Təhlükəsizlik İdarəsi tərəfindən yoxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 May 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















