Icma.az
close
up
RU
Polis qorxusu, polis sevgisi...

Polis qorxusu, polis sevgisi...

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Uşağı polislə qorxuduruq. Deyirik: "Yeməyini yeməsən, polis əmi gəlib aparacaq", "gözünü yum, yat, bax, polis qapının arxasındadır", "səs eləmə, polisə deyəcəm" və sair.

Sonra da təəccüblənirik: "Bu camaat niyə polisdən bu qədər qorxur?"

Çünki uşaqlıqdan polis qorxusunu canımıza hopdururuq. Əslində, normalda insan polisdən yox, qanundan qorxar. Daha doğrusu, qanuna hörmət edər. Çünki idealda qanunu xalq özü qəbul edir. Gedib, səs verib, seçdiyi hakimiyyətin vasitəsilə. Ona görə də öz seçdiyi adamların səs verdiyi, imzaladığı qanunlara əməl edir, hörmətlə yanaşır.

Axırıncı seçkidə rəsmi göstəricilərə baxdım, məntəqələrə səsverməyə az seçici gəlmişdi. Mənim fikrimcə, seçkidən yayınmağın da bir qarşılığı olmalıdır. Elə ölkələr var, seçkilərdə üzrsüz səbəbdən səs verməyənə sanksiya qoyulur.

Əslində məntiqlidir. Dərsdən qaçmağın, ordudan, vergidən yayınmağın cəzası olduğu kimi, seçkidən yayınmağın da cəzası olmalıdır, elə deyilmi? İnsanlar dərsdən, ordudan, vergidən, seçkidən elliklə yayınarsa, cəmiyyət də çökər, dövlət də. Elə ailə də.

Ailə demişkən, yazının əvvəlinə qayıdaq.

Biz uşaqlarımızı polisdən yox, qanundan "qorxmağa" öyrəşdirməliyik. Qanunla yaşamağı öyrətmək gərəkdir!

Budur!

Uşaqlara polisdən qorxu yox, polisə sevgi aşılamağı nədənsə heç ağlımıza da gətirmirik.

Dilimizdə "qanun çərçivəsi" söz birləşməsi var. Ən çox da elə "polis dilində".

Bəli, qanun elə çərçivə deməkdir.

Bəzən insanlar çərçivədə yaşamaq istəmir. Çərçivə həmişə pis şey deyil ki. Ümumiyyətlə, çərçivədə pis nə var?!

Baxın, hamı qapının çərçivəsindən keçib evində yaşayır, doğrudurmu?! Ev özü də çərçivədir. Çərçivənin çərçivədən fərqi var. Azadlığın geniş çərçivəsində yaşamağı öyrənməyən adam gec-tez həbsxananın dar çərçivəsinə məhkum olur.

Qürbət desən, o da elə bir növ başqa çərçivədir. Qürbət başqa Vətən deyil, başqasının Vətənidir. Başqasının evində nə qədər əzizlənsən də, içəridən səni sıxan çərçivələr var. Yaş ötdükcə, Vətənsizlik həlqəsi daralır, insanın nəfəsini kəsir qürbətdə.

Mən belə bilirəm. Bəlkə yanlış bilirəm?!

Qürbətə üz tutanların bir qismi polis qorxusundan qaçır. Hər halda yad ölkələrin məhkəmələrinə öz qaçışlarının səbəbini belə izah edirlər. Belə insanlar, miqrantlar var. Nə zamansa bir mitinqdə polislə bir fotoda düşüb, bunu əlində bayraq edib yad Vətənlərə sığınır. Əlbəttə, belə də olur. Amma polis qorxusu ilə ölkəsini tərk edənlər arasında ömrü boyu polislə üz-üzə gəlməyənlər də az deyil.

Bəli, polisdən qorxmaq cəmiyyəti yaralayır. Polisdən qorxanda, bu, fərdiləşir. İnsan obrazından qorxu yaranır. Polis də insandır axı. Bizlərdəndir. Ancaq uşaq polisdən qorxanda onun üçün dövlət insan obrazında qorxulu bir varlığa çevrilir. Qanunla yaşamağı öyrənəndə isə, o uşaq həyatın qanunlar, qaydalar məcmusu olduğunu biləcək.

Dövlət demiş, ötən illərdə bir deputatın məşhur çıxışı yadıma düşdü. Demişdi: "Polis dövlətin bel sütunudur".

Məncə, dövlətin bel sütunu qanundur. Təkcə dövlətin deyil, cəmiyyətin də bel sütunu qanundur.

Polis təkcə dövləti qorumur ki. Bütövlükdə cəmiyyəti qoruyur. Həm də bunu öz bildiyi, istədiyi kimi deyil, qanun çərçivəsində edir.

Polisin də xidməti qanunlarla çərçivələnir, yəni sözün pozitiv anlamında polis özü də qanundan qorxur.

Bəs o halda insanlar niyə polisdən qorxsun? Vətəndaş qanunu sevsə, polisdən qorxmağa da gərək qalmaz.

Bax, orduya, əsgərə niyə sevgi ilə yanaşırıq?! Çünki bizi xarici təhlükədən qoruyur. Polis də əsgərdir; bizi daxili təhlükələrdən qorumaqla mükəlləfdir. Əslində əsgərə olan sevgi polisə də müncərdir. Bəs niyə qorxuruq ki?!

Cəmiyyətdə yaşayırıq, görürük, polisə rast gələndə adamlar qorxur. Hətta sanki heç bir günahı yoxdur, yenə qorxur. Qanunla ona verilmiş hüquqları bilmir, qanunları bilmir. Ona görə də qorxur.

Bilərəkdən qanunsuzluq edənlər, bəli, az deyil. Amma insanlar bir çox hallarda bilməyərəkdən qanun pozuntusuna yol verirlər. Əslində qanunları öyrənsələr, hüquqlarını bilsələr, qanunlara əməl etsələr, insanlar polisdən niyə qorxsun ki?! Dediyim kimi, polis özü də qanundan qorxursa... Bəlkə bu qorxunu sevgi ilə əvəz eləsin!

...Psixoanalitika da isbatlayıb ki, insanın tabe edilməsi ən birinci elə fikir səviyyəsində reallaşır. Bir insanı yalnız başqa bir insan öz təsiri altına sala bilir. Fikrin enerjisi ilə. Biri cinayətə meyllidir; təkbaşına törədə bilməyəcəyi cinayətə başqasını da cəlb edir. Cinayətkar qrup, dəstə belə yaranır. Ömründə bir qarışqanı belə əzməyə ürəyi gəlməyən insan bir də görürsən, hansısa cinayətkar qrupun, dəstənin, şəbəkənin içindədir. Niyə?! Çünki mənəvi dayaqları zəifdir. İnsan uşaqlıqdan pozitiv dəyərlərlə yüklənəndə, qorxu ilə deyil, məsuliyyət hissi ilə bəslənəndə, bütöv şəxsiyyət olaraq formalaşanda, o, qaydalar çərçivəsində yaşamağı bacarır. Yəni qanun çərçivəsində azad yaşayır. Adam da var, elə bilir, azadlıq qaydalar dışındadır. Qanunu poza-poza azadlıq axtarır. Azadlığı yanlış yerdə, yanlış tərzdə axtara-axtara, azadlığını da itirir. Axırda da polisə, prokurora, hakimə qarşı neqativ hisslərlə yüklənir.

Biz belə hallarda özümüz özümüzü cəzalandırmış oluruq. Əgər qanundan kənarda yaşamağı seçiriksə, bir vaxt, bir yerdə mütləq qanunun insan siması ilə qarşılaşırıq. Bu, ən birinci həmin polisdir.

Deməli, polis bizə lazımmış ki, o, var. İnsan qaydaları heçə saymaq qəflətinə yuvarlandıqca, polis də var olacaq.

İnsanın içindəki dağıdıcı susmadıqca, polis var. Həmişə var. Əslində polis qorxulu deyil, gərəkli bir institutdur. Olmasa olmazıdır insan cəmiyyətinin...

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see230

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see228

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see226

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

12 May 2026 02:12see221

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see209

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see209

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see208

“Sabah” “Sent Patriks”: neçə bilet satılıb?

11 May 2026 01:11see193

Trampı Çin səfərində ABŞ şirkətlərinin nümayəndələri müşayiət edəcək

10 May 2026 23:24see185

Almaniya ABŞ dan “Tayfun” və “Tomahawk” almaq müraciətini nəzərdən keçirir

12 May 2026 02:57see184

Qisas əməliyyatının nəticəsi Hər yer erməni meyitləri ilə doludur VİDEO

11 May 2026 04:48see183

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat logistika mərkəzinə çevriləcəyini göstərir ŞƏRH

11 May 2026 01:08see180

Araşdırma: Süni intellekt söhbət tarixçənizdən şəxsiyyətinizi təxmin edə bilir

11 May 2026 03:04see178

Hemilton yaxın vaxtlarda karyerasını bitirə bilər

11 May 2026 03:19see176

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

11 May 2026 11:20see176

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? 1500

12 May 2026 02:09see174

Erməni ailəsinin Azərbaycandakı biznesi ŞOK FAKTLAR VİDEO

12 May 2026 01:07see172

9 nəfərdə hantavirus aşkarlanıb ÜST həyəcan təbili çaldı...

12 May 2026 03:05see163

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

12 May 2026 02:29see155

Fransa böyük faciədən döndü

12 May 2026 01:22see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri