Polkovnik Rauf Əsədov vəfat etdi O, məşhur müğənninin qardaşıdır
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının komandiri, polkovnik Rauf Əsədov dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə tanınmış aparıcı Tarix Əliyev sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, Rauf Əsədov onun yaxın dostu, sirdaşı olub və ailəsinə bağlılığı ilə seçilən nümunəvi bir insan kimi tanınıb.
“Əziz dostum, Könülümün doğma qardaşı – Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının komandiri, polkovnik Rauf müəllim Əsədov bu dünyadan köçdü”, – deyə Tarix Əliyev paylaşımında qeyd edib.
Tarix Əliyev mərhumun bacısı, tanınmış müğənni Könül Kərimovaya başsağlığı verərək onun fədakar və sadiq bir bacı olduğunu vurğulayıb.
“Rauf müəllimin qəfil vəfatı bizi dərindən sarsıtdı. Onun yoxluğu təkcə ailəniz üçün deyil, onu tanıyan hər bir insan üçün böyük itkidir”, – deyə o qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az
Baxış sayı:162
Bu xəbər 06 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















