Icma.az
close
up
RU
Portağal və balı unudun: Professor soyuqdəyməni tez aradan qaldırmağın yollarını açıqladı

Portağal və balı unudun: Professor soyuqdəyməni tez aradan qaldırmağın yollarını açıqladı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Payız-qış mövsümündə soyuqdəymə, öskürək və asqırma hallarının artdığı bir vaxtda immunoloqlar sağlam qalmağın bir neçə təsirli yolunu açıqlayıblar. 

Qaynarinfo xəbər verir ki, London İmperial Kollecinin Bioloji Elmlər fakültəsinin rəhbəri, immunologiya üzrə professor Daniel Devis "The Telegraph" qəzetinə müsahibəsində immun sisteminə dair geniş yayılmış miflərə aydınlıq gətirib və həqiqətən faydalı olan üsulları sadalayıb.

Mif: Çoxlu C vitamini və portağal şirəsi sizi soyuqdəymədən qoruyar

Professor Devisin sözlərinə görə, C vitamini xəstəliyə tutulmaq ehtimalına təsir etmir. C vitamininin "immunitet gücləndirici” kimi tanınması məşhur alim, Nobel mükafatı laureatı Laynus Polinqin 1970-ci ildə nəşr etdirdiyi "Vitamin C and the Common Cold" adlı kitabdan qaynaqlanır. Lakin bu iddialar elmi əsaslara söykənmirdi. Araşdırmalar göstərib ki, C vitamini qəbul edənlər soyuqdəymədən cəmi 8 faiz daha tez sağalır – yəni fərq cüzi və klinik əhəmiyyət daşımır.

Həqiqətən kömək edənlər: D və A vitaminləri

Devis qeyd edib ki, immun sistemini gücləndirdiyi elmi cəhətdən sübut olunan iki vitamin var – D və A vitaminləri. "Nutrients" jurnalında dərc olunan 2020-ci il araşdırması D vitamininin səviyyəsi ilə immun sisteminin fəaliyyəti arasında birbaşa əlaqə olduğunu göstərib. D vitamini çatışmazlığı infeksiyalar və autoimmun pozuntular riskini artırır.

D vitamini iki formada mövcuddur: bitkilərdə və bəzi qidalarda olan D₂ və günəş işığı, balıq, yumurta və süd məhsullarında olan D₃. D₃ orqanizmdə daha effektiv mənimsənilir. A vitamini də immunitet üçün vacibdir; onun əsas mənbələri pendir, yumurta, yağlı balıq, süd və qaraciyərdir.

Mif: Probiotik yoqurtlar immuniteti gücləndirir

Professor Devis xəbərdarlıq edir ki, probiotik yoqurtların immun sisteminə təsiri barədə yetərli elmi sübut yoxdur. "Bağırsaq mikroflorası immunitetə təsir göstərir, amma bu əlaqənin mexanizmləri hələ tam başa düşülməyib”, deyə o bildirir.

Həqiqətən kömək edən: Stressin azaldılması

Elmi araşdırmalar göstərir ki, immun sistemi güclü saxlamağın ən təsirli yolu stressi azaltmaqdır. Uzunmüddətli stress zamanı orqanizmdə kortizol hormonu artır və immun reaksiyalar zəifləyir. 2024-cü ildə "Journal of Clinical Medicine" jurnalında dərc olunan tədqiqatda xroniki stressin immun sistemini ciddi şəkildə pozduğu və infeksiya riskini artırdığı sübut edilib. Buna görə istirahət, təbiət gəzintiləri və sosial ünsiyyət sağlamlığın qorunması üçün mühüm sayılır.

Mif: Bitki çayları və bal immuniteti gücləndirir

Professor Devisin fikrincə, bal və bitki çaylarının immunitetə təsiri elmi olaraq sübuta yetirilməyib. Bununla belə, bal boğaz ağrısını yüngülləşdirə, bitki çayları isə orqanizmi rahatlandıra bilər. Yəni bu məhsulları qəbul etmək zərərli deyil, amma onları "mucizəvi dərman” kimi görmək doğru deyil.

Həqiqətən kömək edənlər: Yuxu və müntəzəm fiziki fəaliyyət

Tam və keyfiyyətli yuxu güclü immun sisteminin əsas şərtidir. Aparılan tədqiqatlar göstərib ki, kifayət qədər yatan şəxslər vaksinlərə daha çox anticisimlə reaksiya verirlər. Həftədə üç və ya daha çox dəfə edilən orta səviyyəli idman – gəzinti, üzgüçülük, velosiped sürmək – soyuqdəymə riskini 26 faiz azaldır. Lakin həddindən artıq yüklənmə (məsələn, marafon qaçışı) əks təsir göstərə bilər.

İmmun sisteminin balansı əsasdır

Professor Devis vurğulayıb ki, məqsəd "immuniteti gücləndirmək” deyil, onun balansını qorumaqdır. İmmun sistem həddindən artıq aktiv olduqda orqanizmin öz toxumalarına hücum edə bilər və bu, allergiya və autoimmun xəstəliklərə səbəb ola bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri