Prezident: Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırırıq ki, ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırmırıq ki, enerjiyə ehtiyacımız var, ona görə sərmayə yatırırıq ki, məsuliyyətli insanlarıq və ən azı ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
"Çirklənmə, karbon emissiyaları - bütün bunları biz gözlərimizlə görə bilmirik, lakin əfsuslar olsun ki, biz və uşaqlarımız bunu hiss edirik. Düşünürəm ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr bərpaolunan enerjiyə sərmayə yatıranda onlara hörmət və rəğbətlə yanaşılmalıdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 Yanvar 2026 05:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















