Icma.az
close
up
RU
Prezident fərman imzaladı

Prezident fərman imzaladı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Globalinfo.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326 (Cild I); 2025, № 6, maddələr 541, 559, № 11, maddə 1039) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.55-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“8.55. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1058 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə”nin 8.20-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“8.20. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 73 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 218 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“8.4. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1520 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-3-cü yarımbənd əlavə edilsin:

“3.1.16-3. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqların ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə vermək;”.

5. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 7, maddə 662; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.2.19-cu yarımbəndində “və digər təsərrüfat işləri görülərkən” sözləri “, təsərrüfat və digər işlər görülərkən, o cümlədən minatəmizləmə fəaliyyəti həyata keçirilərkən” sözləri ilə, “və digər təsərrüfat işlərinin” sözləri

“, təsərrüfat və digər işlərin, o cümlədən minatəmizləmə fəaliyyətinin” sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.40-cı yarımbəndində “və digər təsərrüfat işləri görülərkən” sözləri “, təsərrüfat və digər işlər görülərkən, o cümlədən minatəmizləmə fəaliyyəti həyata keçirilərkən” sözləri ilə, “və digər təsərrüfat işlərinin” sözləri “, təsərrüfat və digər işlərin, o cümlədən minatəmizləmə fəaliyyətinin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841 (Cild I); 2024, № 8, maddə 938, № 12 (II kitab), maddə 1373; 2025,

№ 7, maddə 659, № 10, maddə 901; Azərbaycan Respublikası Prezidentinin

2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.33-2-ci yarımbənd əlavə edilsin:

“3.0.33-2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqların ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə vermək;”.

7. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248 (Cild I); 2025, № 6, maddə 541) 7.1-ci bəndində “minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin” sözləri “minatəmizləmə fəaliyyəti üzrə işlərin” sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 21 (Cild I) 3.1-ci bəndindən “habelə” (birinci halda) və “, zərərsizləşdirilməsi” sözləri çıxarılsın və həmin bənddə “digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan” sözləri “ərazilərin və digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan”sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 118 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.1-ci bənddən “habelə” (birinci halda) və “, zərərsizləşdirilməsi” sözləri çıxarılsın və həmin bənddə “digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan (bundan sonra – minalardan və hərbi sursatdan)” sözləri “ərazilərin və digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

9.2. 2.1.5-ci yarımbəndə “ərazilərin” sözündən sonra “və digər təhlükəli ərazilərin” sözləri əlavə olunsun və həmin yarımbənddə “partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla)” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

9.3. 3.1-ci bənd üzrə:

9.3.1. aşağıdakı məzmunda 3.1.1-1-ci yarımbənd əlavə edilsin:

“3.1.1-1. minatəmizləmə fəaliyyətinə dair tələblərə və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq standart əməliyyat prosedurlarını müəyyən etmək;”;

9.3.2. 3.1.4-cü yarımbəndə “ərazilərin” sözündən sonra “və digər təhlükəli ərazilərin” sözləri əlavə olunsun və həmin yarımbənddə “partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla)” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə, “, daşınmasını və zərərsizləşdirilməsini” sözləri “və daşınmasını” sözləri ilə əvəz edilsin;

9.3.3. 3.1.5-ci yarımbənddə “elektron məlumat bazası yaratmaq” sözləri “informasiya sisteminin aparılmasını təmin etmək” sözləri ilə əvəz edilsin;

9.3.4. 3.1.6-cı yarımbənddə “minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış” sözləri “təhlükəli” sözü ilə, “hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə, “elektron məlumat bazasına” sözləri “informasiya sisteminə” sözləri ilə əvəz edilsin;

9.3.5. 3.1.8-ci yarımbənddə “minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalması ehtimal edilən” sözləri “təhlükəli” sözü ilə əvəz edilsin;

9.3.6. 3.1.9-cu yarımbənddə “partlamamış hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

9.3.7. 3.1.10-cu yarımbənddə “hərbi sursatın (kimyəvi silah istisna olmaqla)” sözləri “digər partlayıcı sursatların” sözləri ilə əvəz edilsin;

9.3.8. 3.1.11-ci yarımbənddə “hərbi sursatdan (kimyəvi silah istisna olmaqla)” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

9.3.9. 3.1.12-ci yarımbənddə “partlamamış hərbi sursatın (kimyəvi silah istisna olmaqla)” sözləri “partlayıcı sursatların” sözləri ilə əvəz edilsin;

9.3.10. aşağıdakı məzmunda 3.1.12-1-ci yarımbənd əlavə edilsin:

“3.1.12-1. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirməni aparmaq;”;

9.3.11. 3.1.13-cü yarımbənddə “aparmaq” sözü “və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsini həyata keçirmək” sözləri ilə əvəz edilsin;

9.3.12. aşağıdakı məzmunda 3.1.13-1-ci yarımbənd əlavə edilsin:

“3.1.13-1. keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən minatəmizləmə fəaliyyətinə dair tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə icraçıdan pozuntunun aradan qaldırılmasını tələb etmək, buna riayət olunmadıqda icraçının minatəmizləmə fəaliyyətini dayandırmaq;”;

9.3.13. 3.1.14-cü yarımbənddə “partlamamış hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

9.3.14. 3.1.15-ci yarımbənddə “akkreditasiyadan keçirmək” sözləri “qiymətləndirmək” sözü ilə əvəz edilsin;

9.3.15. 3.1.16-cı yarımbənddə “partlamamış hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

9.3.16. 3.1.18-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.18. əhali arasında minaların və digər partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici tədbirlər həyata keçirmək, o cümlədən partlayıcı sursatların təhlükəsi, bununla əlaqədar dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin vəzifələri, təhlükəli ərazilər və həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə bağlı maarifləndirici materialların hazırlanmasını və yayılmasını təmin etmək;”;

9.3.17. 3.1.19-cu yarımbəndə “etmək” sözündən sonra “, minatəmizləyənlərə qanunla müəyyən edilmiş qaydada təlimlər keçirmək və təlimlərin nəticəsində qiymətləndirmə apararaq sertifikat vermək” sözləri əlavə edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 fevral tarixli 1280 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 122 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”nin 3.1.23-cü yarımbəndində “minatəmizləmə və minaların zərərsizləşdirilməsi işlərinin” sözləri “minatəmizləmə fəaliyyəti üzrə işlərin” sözləri ilə əvəz edilsin.

11. “Ağdam Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 454 (Cild I) 6-cı hissəsində “, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı maddə olan qurğulardan və digər partlayıcı qalıqlardan” sözləri “və digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28, № 3, maddə 228, № 8, maddə 777) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nin 3.1.12-ci və 3.1.13-cü yarımbəndlərinə “təmir” sözündən sonra “, minatəmizləmə fəaliyyəti” sözləri əlavə edilsin.

13. “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 981 (Cild I); 2025, № 2, maddə 108) aşağıdakı dəyişikliklər edilsin:

13.1. preambula üzrə:

13.1.1. “habelə” sözü çıxarılsın;

13.1.2. “digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından” sözləri “ərazilərin və digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

13.2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (bundan sonra – Agentlik) təklifləri əsasında, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərinin və digər təhlükəli ərazilərinin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi sahəsində prioritet təşkil edən təhlükəli ərazilər nəzərə alınmaqla, minatəmizləmə ilə əlaqədar fəaliyyət planını hər il dekabrın 25-dək təsdiq etsin;”;

13.3. 1.6-cı bəndə “ərazilərin” sözündən əvvəl “təhlükəli” sözü əlavə olunsun və həmin bənddə “hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

13.4. 2.1-ci bəndə “ərazilərdə” sözündən əvvəl “təhlükəli” sözü əlavə edilsin.

14. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021 № 10, maddə 1097 (Cild I) 6-cı hissəsində “, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı maddə olan qurğulardan və digər partlayıcı qalıqlardan” sözləri “və digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin.

15. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297 (Cild I); 2024, № 4, maddə 400, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1360; 2025, № 4 (I kitab), maddə 330) aşağıdakı dəyişikliklər edilsin:

15.1. preambulanın üçüncü abzasının ikinci cümləsində “partlamamış hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

15.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə:

15.2.1. 3.2-ci bəndin ikinci abzasında “, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan” sözləri “və digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

15.2.2. “4. Hədəf göstəricilər” hissəsinin “Şəkil 1. Hədəf göstəriciləri” cədvəlinin “İNFRASTRUKTUR” sütununun birinci abzasında “partlamamış hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

15.2.3. 6.2.1-ci yarımbənd üzrə:

15.2.3.1. ikinci abzasda “hərbi sursatdan” sözləri “partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

15.2.3.2. üçüncü abzasda “fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər” sözləri “ilə əlaqədar fəaliyyət” sözləri ilə, “partlamamış hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə, “və zərəsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış” sözləri “, təhlükəli” sözü ilə əvəz edilsin;

15.2.4. 7.1-ci bəndin ikinci abzası üzrə:

15.2.4.1. birinci cümlədə “partlamamış hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

15.2.4.2. ikinci cümlədə “partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

15.3. “10. Dövlət Proqramına dair Tədbirlər Planı” hissəsi üzrə:

15.3.1. 1.1-ci bənddə “partlamamış hərbi sursatdan” sözləri “digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin;

15.3.2. 1.1.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan” sözləri “və digər partlayıcı sursatlardan” sözləri ilə əvəz edilsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri