Prezident İlham Əliyev “8 Noyabr” İstilik Elektrik Stansiyasının açılışında iştirak edib
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirdə inşa olunmuş “8 Noyabr” İstilik Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edərək bu nəhəng enerji layihəsinin qısa müddətdə – cəmi iki il ərzində – uğurla başa çatdırıldığını vurğulayıb. Prezident bildirib ki, 1880 meqavat gücündə olan bu stansiya ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayacaq və Mingəçeviri regionun əsas energetika mərkəzinə çevirəcək. Çıxış zamanı dövlət başçısı stansiyanın tikintisində iştirak edən İtaliya və Çin şirkətlərinin rolunu da xüsusi qeyd edib. Layihənin həm vaxt, həm də maliyyə baxımından səmərəli şəkildə həyata keçirildiyi vurğulanıb. Qeyd edək ki, hazırda Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Yeni istifadəyə verilmiş “8 Noyabr” stansiyası bu potensialı daha da artıraraq ölkənin enerji sisteminə mühüm töhfə verəcək.
Günay Allahverdiyeva
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü


