Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Prezident İlham Əliyev Ballıca sakinləri ilə söhbətləşdi FOTOLAR (YENİLƏNİB)

Prezident İlham Əliyev Ballıca sakinləri ilə söhbətləşdi FOTOLAR (YENİLƏNİB)

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-İki aydır ki, Ballıca kəndində keçmiş köçkünlər yaşayır. Mən bu gün burada bir neçə keçmiş köçkünlə görüşmüşəm, ev şəraitinə baxmışam. Şadam ki, uzun fasilədən sonra Ballıca kəndinə də artıq həyat qayıdıb. Keçmiş köçkünlər indi demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Dünən Ağdam rayonunda gedən quruculuq-bərpa işləri ilə tanış olmuşam. Bu gün buradayam. Eyni zamanda, Xankəndidə də olmuşam, orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim Sərəncamımla Qarabağ Universiteti yaradılmışdır. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni, həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik.

Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük.

Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.

İndi İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir.

Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir.

Mən sizi təbrik edirəm. Yenə də deyirəm, artıq iki aydır ki, siz burada mərhələli yollarla məskunlaşırsınız, dekabrın 13-dən başlayaraq bu günə qədər. Hələ ki, proses davam edir. Hələ bərpa ediləsi evlər var, onları da bərpa edəcəyik. Burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcəkdir. Bir daha sizi təbrik edirəm.

Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sakin: Xoş gəlmisiniz, möhtərəm Prezident. Mən yazdığım bir şeirlə xalqa fikrimi çatdırmaq istəyirəm, icazə versəniz.

Prezident İlham Əliyev: Buyurun.

Sakin:

Ey uca millətim, uca dövlətim,

Ucalsın bayrağın uca dağ kimi.

Sönməsin ocağın, sönməsin odun,

Rəbbin yandırdığı bir çıraq kimi.

Açılsın sabahın, gülsün millətin,

Qalmasın möhnətin, dərdin, zülmətin.

Xalqa məlhəm olsun gücün, qüdrətin,

Xəstəyə can verən bir loğman kimi.

İlhamam, adına qurbanam özüm,

Haqqını itirsəm, kor olsun gözüm,

Türkün birliyinə yar olsun sözüm,

Torpağa can verən bir bulaq kimi.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Çox sağ olun. Yenə minnətdarıq. Çox sağ olun, hər birimiz minnətdarıq Sizə.

Prezident İlham Əliyev: Oğlunuz şəhid olub?

Qadın sakin: 1992-ci ildə.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Bir şəhid ailəsi kimi sənə təşəkkürümü bildirirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də ki, Vətən müharibəsi şəhidlərinin qanını biz döyüş meydanında aldıq, onların qisasını aldıq və ədaləti bərpa etdik. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.

Qadın sakin: Onun qəbrini ki, gördüm, çox sağ olun. Nənən sənə qurban olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, Siz Ballıca kəndinə xoş gəlmisiniz. Cənab Prezident, ermənilərin ən böyük terror dəstələri Ballıca kəndində məskunlaşmış və buradan öz çirkin əməllərini həyata keçirməyə çalışmışlar. Bu gün Bakı həbsxanalarında özlərini quzu kimi aparan erməni cəlladları, sözün həqiqi mənasında, xalq arasında deyildiyi kimi, Ballıca kəndində at oynatmışlar. Sizin böyük siyasətinizin nəticəsində xalqımız, camaatımız bu gün Sizinlə görüşə Ballıca kəndinə gəlmişdir və bu görüş bizim arzuladığımız görüşdür. Bu görüşə görə Sizə minnətdarlığımızı, təşəkkürümü bildirirəm.

Cənab Prezident, Qarabağla bağlı Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla həyata keçirilir, Sizin göstərişinizlə Ballıca kəndində həyat qaynayır. Necə deyərlər, biz vətənimizə, torpağımıza gələndən sonra ilk olaraq şəhidlərimizin döyüşdüyü yerləri, əsgərlərimizin erməni quldurlarına qan uddurduqları yerləri və böyüklərimizin, ulularımızın uyuduğu məkanları ziyarət etmişik. Bu ziyarətləri bizə Siz, cənab İlham Əliyev bəxş etmişdir. Ona görə biz Sizə öz təşəkkürümüzü bildiririk. Sizə sonsuza qədər təşəkkür etsəm azdır. Əllərimi uca göylərə açaraq söyləyirəm: “Tanrı Sizi qorusun!”. “Tanrı ailənizi qorusun!”. “Tanrı xalqımızı qorusun!”.

Sakinlər: Amin!

Sakin: Sağ olun. Nə yaxşı ki, Siz varsınız. Sizə bizim böyük ehtiyacımız vardır. Sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm. Necə yaşayırsınız burada? Hər şey yaxşıdır?

Sakinlər: Xoş gəlmisiniz. Allah Sizi qorusun. Ali Baş Komandan, “dəmir yumruq” buradadır.

Prezident İlham Əliyev: Çox sağ olun. Maşallah sənin də yumruğun yaxşıdır.

Kişi sakin: Cənab Prezident, çox sağ olun. Var olun ki, o əmri verdiniz, o “dəmir yumruq”la onların başını əzdik. Minnətdarıq Sizə.

Prezident İlham Əliyev: Sağ olun. Sizə minnətdaram. Sizin kimi oğullar hesabına torpaqlarımızı düşməndən azad etdik.

Kişi sakin: Borcumuzdur, cənab Prezident.

Qadın sakin: Hörmətli Prezidentimiz, Siz Ballıca kəndinə çox xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Ordumuzu qorusun, Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bugünkü günü bizə yaşatdığınız üçün Sizə çox-çox təşəkkürümü bildirirəm. Allah sizləri qorusun.

Prezident İlham Əliyev: Sağ olun, sizi bir daha təbrik edirəm.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Prezident İlham Əliyev: Qarabağın torpağı bütövlükdə hər yerdə yaxşıdır. Buradan yaxşı məhsul götürmək olar. O vaxt - sovet dövründə burada camaat daha çox maldarlıqla məşğul idi. İndi necə, maldarlıq var?

Sakin: Gətirir özü ilə, olanlar var.

Prezident İlham Əliyev: Bəs əkinçilik necə?

Sakin: Əkinçilik də yavaş-yavaş başlayır.

Prezident İlham Əliyev: Hər halda həyətyanı sahələrdə yəqin ki, bostan da əkilir?

Sakin: Əkirik. Yararlı torpaqdır, çox gözəl torpaqdır.

Prezident İlham Əliyev: Buradan bol məhsul götürmək olar.

Sakin: Bəli, çalışan götürər.

Prezident İlham Əliyev: İşləmək lazımdır.

Sakin: Xanın bağlarıdır bura. Bizdə “Məhəmməd ağa” deyilən otaq var. Üç tərəfi Kosalar kəndidir, Ballıcadır. Ermənilər burada çox at oynadıblar. Son soyqırımında aeroport tərəfdən birinci hücuma keçiblər, sonra Kosalar kəndinin sakinləri burada tək qalıb. Xocalı rayonunda ən son Şuşa əhalisi çıxandan bir gün sonra, bax, bu dumanın altında Kosalar əhalisi çıxıbdır.

Prezident İlham Əliyev: Doqquzunda?

Sakin: Bəli. Buradan üç bulağın suyu gəlir: “Təkqəbir” bulağı, “Sarıtala” bulağı, “Alçalı” bulağı. Bulaq suyudur, götür o çayın suyunu iç. Belə gözəl yerə bizə gətirdiyiniz üçün Sizə nə qədər təşəkkür eləmək olar?! Mən oğlumun adını İlham qoymuşam. İnanın Allahdan arzu edirəm, bir nəvəm olsun, onun da adını İlham qoyacağam. Dünya tarixində belə bir şey yoxdur, 300 ildən çox, 500 ildən çox bir qarış torpaq geri qaytarılsın. Xalqımız Sizə nə qədər təşəkkür etsə azdır. Var olun, cənab Prezident.

Sakin: Bəli, mən “Qarabağ” şeirinin sonunda İsmayıl qardaşın dediyi kimi yazıram:

Dünya bu Zəfərə özü mat qalıb,

Əyrisi lal olub, düzü mat qalıb,

Əbədi, silinməz bir hikmət qalıb,

Azərbaycandır deyən sözüm Qarabağ,

Sənə qurban olum, özüm Qarabağ.

Sakinlər: Yaşa cənab Prezidentimiz! Var olun Prezidentimiz.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın.

Sakinlər: Var olun, Allah qorusun!

***

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Daha sonra dövlət başçısı kəndə köçən bir qrup sakinlə görüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri