Prezident İlham Əliyev: Biz üç ildən artıq bir dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Keçən il biz 25 milyard kubmetrdən artıq təbii qaz ixrac etmişik. Bu həcmin təqribən 13 milyard kubmetri Avropaya ixrac edilib və bu rəqəm artacaq".
Oxu.Az AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Bunun Avropa İttifaqının xahişi əsasında həyata keçirildiyini qeyd edən Azərbaycan Prezidenti Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa Komissiyası ilə enerji sektorunda strateji tərəfdaşlıqla bağlı sənədin imzalandığını xatırladıb. "Biz Avropaya qaz təchizatının həcminin iki dəfə - ovaxtkı 8 milyard kubmetrdən 16 milyard kubmetrə qədər artırmaqla bağlı razılığımızı bildirdik. Beləliklə 3 ildən artıq bir dövrdə biz bu rəqəmi təxminən 13 milyard kubmetrə çatdırmışıq və həcm artacaqdır", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 Yanvar 2026 05:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















