Icma.az
close
up
RU
Prezident İlham Əliyevin ADA Siyasi Forumunda çıxışı bütün dünya üçün vacib mesajlarla zəngin oldu Azər Qarayev

Prezident İlham Əliyevin ADA Siyasi Forumunda çıxışı bütün dünya üçün vacib mesajlarla zəngin oldu Azər Qarayev

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün ADA Universitetində baş tutan "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin suallarını cavablandırdı, Azərbaycanın gələcək inkişaf strategiyası, regional əməkdaşlıq və sülh prosesi, eləcə də qlobal çağırışlar barədə ətraflı fikirlərini bölüşdü. Dövlətimizin başçısı bütün dünyanın diqqət mərkəzində olan məsələlərə aydınlıq gətirdi, Azərbaycanın mövqeyini ortaya qoydu.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı Azərbaycanın region, Qərb və Şərq ölkələri ilə münasibətlərinə, Cənubi Qafqazdakı proseslərə, Azərbaycan-Ermənistan sülh sazişi üzrə məsələyə, Yaxın Şərqdəki proseslərə və sair önəmli məqamlara toxundu.

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda Qərb ölkələri Mərkəzi Asiya ilə dərin əlaqələr qurmaq niyyətindədirlər. Təbii ki, bu region təbii sərvətlərlə zəngindir və Avropa ölkələri hazırkı vəziyyətdə yeni enerji mənbələri axtarışında olduğu üçün bu regiona xüsusi diqqət yetirirlər. Avropa ölkələrinin Mərkəzi Asiya ilə hansısa əlaqələr qurması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Belə ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiyanın arasında yerləşdiyi üçün, bu istiqamətdə olan bütün marşrutların mərkəzi sayılır. Dövlət başçısı da haqlı olaraq ötən gün qeyd etdi ki, Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Bu səbəbdən də Azərnbaycanı sözügedən proseslərdən kənar tutmaq istəyənlər, təbii ki, uğur qazana bilməyəcəklər", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan ərazilərinin bir qisminin Ermənistan tərəfindən 30 il işğal altında saxlanılması Cənubi Qafqazın inkişafının qarşısını alıb.

"Prezident İlham Əliyev də bu xüsusda haqlı olaraq qeyd etdi ki, Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazın inteqrasiyasına əsas maneə olub. Belə ki, regionda Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq modeli mövcuddur, hər iki ölkə, demək olar ki, bütün sahələrdə sıx əməkdaşlıq edirlər. Ermənistan da bu proseslərin bir hissəsi ola bilərdi, lakin onlar bu prosesdən könüllü şəkildə kənarda qaldılar. Sülh sazişi imzalandıqdan sonra regional əməkdaşlıq mümkündür, lakin bu mərhələyə çatmaq üçün Ermənistanın konkret və konstruktiv mövqeyi tələb olunur. Azərbaycan bu istiqamətdə gözləntilərini dəfələrlə açıqlayıb, buna görə də indi addımı Ermənistan atmalıdır. Dövlət başçısı da bunu qısa və konkret qeyd etdi: "Sülh sazişinə gəldikdə, top Ermənistandadır". Bu o deməkdir ki, Azərbaycan tərəfi sülh sazişinin imzalanmasına hazırdır, əsas maneənin aradan qaldırılması isə Ermənistanın növbəti addımlarından asılıdır", - o bildirib.

Politoloq vurğulayıb ki, forumda dövlət başçısının danışıdığı digər önəmli mövzulardan biri də Türkiyə ilə İsrail arasındakı münasibətlərdə Azərbaycanın rolu idi.

"Prezident İlham Əliyev Türkiyə və İsrail arasındakı gərginliklərin aradan qaldırılması üçün Azərbaycanın da vasitəçilik etdiyi rolunu vurğuladı. İki ölkə arasında ilk uğurlu barışığın Azərbaycan vasitəsilə əldə edildiyini qeyd etdi. Bildiyiniz kimi, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə tarixi əlaqələri mövcuddur və bu iki ölkə arasında hər hansı bir anlaşılmazlıq bizə də müəyyən mənada toxunur. Bu səbəbdən də Azərbaycan iki ölkə arasında əlaqələrin normallaşması üçün fəal şəkildə yardım etməyə çalışır. Bu proses həm də onu göstərir ki, Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, həm də dünyanın digər hissələrində, bu halda Yaxın Şərqdə sabitliyə töhfə vermək iqtidarındadır", - o bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın ABŞ ilə münasibətlərini də geniş təhlil etdi, keçmiş və hazırkı administrasiyalarla münasibətlərdən danışdı.

"Dövlətimizin başçısı xüsusilə də Tramp administrasiyası ilə keçmiş əməkdaşlığın uğurlarına və Bayden-Blinken administrasiyasının anti-Azərbaycan siyasətinə toxundu. Azərbaycanın ABŞ ilə daim münasibətləri yaxşı səviyyədə olsa da, Bayden-Blinken administrasiyasının siyasətindəki dəyişikliklər, xüsusən də Azərbaycana qarşı yönəlmiş addımlar və Ermənistanın birtərəfli dəstəklənməsi, münasibətləri gərginləşdirmişdi.

Prezident İlham Əliyev bu mövzuya toxunaraq, Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin anti-Azərbaycan siyasətini, ölkəmizə qarşı ayrı-seçkilik edildiyini açıqladı. Məhz Blinkenin dövründə ABŞ-nin "nüfuzlu" media orqanları Azərbaycana qarşı məqalələr dərc edirdi, Azərbaycanın haqlı olduğu məsələlərdə Ermənistanı haqlı çıxarmağa çalışırdı və qərəzli yanaşma sərgiləyirdi.

Eyni məsələni USAİD-ə də şamil etmək olar. Dövlətimizin başçısı bu mövzuda haqlı olaraq vurğuladı ki, Azərbaycan tərəfi bilirdi ki, bu məqalələrin, bu yanaşmanın mənbəyi məhz Dövlət Departamentidir. Lakin demokratların administrasiyası artıq geridə qaldı, hazırda ABŞ-də hakimiyyətə respublikaçılar gəlib və bu ölkənin prezidenti - Donald Tramp adekvat insandır. Donald Trampın gəlişi ilə ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı, həmin "nüfuzli" media orqanları ölkəmizə qarşı məqalələr dərc etməyi saxladı və bu, artıq müsbət məqamdır.

Prezident İlham Əliyev də bu məqama toxunaraq qeyd etdi ki, Tramp administrasiyasının gündəliyini nəzərə alındıqda, bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləmək olar. Eyni zamanda, onu da vurğulamaq olar ki, Trampın ilk prezidentlik dövründə iki ölkə arasında heç bir böhran yox idi, münasibətlər inkişaf edirdi. Həmçinin dövlətimizin başçısı bildirdi ki, biz hazırda yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik", - o bildirib.

A.Qarayev qeyd edib ki, forumda, həmçinin, Azərbaycanın zəngin enerji resursları və Avropanın enerju təhlükəsizliynə töhfəsinə geniş zaman ayrılıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin forumda Cənub Qaz Dəhlizi və yaşıl enerji ilə bağlı səsləndirdiyi fikirlər, təkcə texniki və iqtisadi aspektlər deyil, həm də geosiyasi və strateji mesajlar baxımından vacibdir. Burada Azərbaycanın enerji siyasətində tutduğu strateji kursun əsas konturları cızılır, həm də Avropaya ünvanlanan açıq bir çağırış görünür: ya bu əməkdaşlığa real dəstək verin, ya da alternativ bazarlara yönəlmə ehtimalımızla hesablaşın. Burada Avropa tərəfinin enerji siyasətindəki qeyri-müəyyənlik və ikili yanaşma da ifşa edilir.

Bir tərəfdən, Avropa 2050-ci il üçün karbon neytrallığı hədəfini irəli sürür, digər tərəfdən isə Azərbaycanın daha çox qaz tədarük etməsini istəyir, həm də sərmayələri Azərbaycan tərəfinin yatırması şərti ilə. Bu ziddiyyət dövlət başçısının sözlərində açıq şəkildə qabardılır: "Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam?" Bu sual, əslində, Avropa üçün ciddi bir xəbərdarlıqdır - enerji əməkdaşlığı yalnız tələblə yox, qarşılıqlı öhdəliklərlə həyata keçməlidir. Azərbaycanın da bu yöndə gələcək üçün addımlar atmasına qarantiyalar olmalıdır", - o bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi məsələsində də konkret fikirlər səsləndirdi, insanları maraqlandıran məqamlara toxundu.

"Azərbaycanın bu məsələyə yanaşması onun öz tarixi təcrübəsinə əsaslanır. Uzun illər davam etmiş atəşkəs rejimi zamanı Ermənistan tərəfindən qurulmuş müdafiə xətləri, aparılmış minalama işləri və daim davam edən snayper müharibəsi, Bakıya aydın şəkildə göstərib ki, dayanıqlı sülh yalnız sənəd üzərində olan "sülh" deyil, real və təminatlı təhlükəsizlik mühitidir. Bu baxımdan, Azərbaycanın mövqeyi tamamilə prinsipial və haqlıdır: yalnız silahların susması müharibənin bitdiyi anlamına gəlmir.

Ukrayna ilə Rusiya arasında mümkün sülhün reallığına gəlincə, dövlətimizin başçısı açıq şəkildə bildirir ki, hazırkı vəziyyətdə bu, mümkün görünmür. Rusiya işğal etdiyi əraziləri artıq özünün bir hissəsi elan edib, Ukrayna və beynəlxalq ictimaiyyət isə bunu qəbul etmir. Bu kəskin ziddiyyət aradan qaldırılmadan heç bir "sülh təşəbbüsü" uğurlu ola bilməz.

Azərbaycan da bu məsələdə beynəlxalq hüquqa əsaslanaraq, Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Burada mühüm nəticə budur: real sülh yalnız güc balansı, aydın sərhədlər və tərəflərin bu sərhədlərə hörmət göstərməsi ilə mümkündür. Müasir beynəlxalq münasibətlərdə "ərazi güzəşti" yolu ilə sülh əldə etmək modeli, xüsusən də münaqişədən əziyyət çəkmiş ölkələr üçün nə ədalətlidir, nə də qəbul ediləndir", - o bildirib.

Politoloq qeyd edib ki, forumda Azərbaycan-İran münasibətlərinə də toxunulub, bununla bağlı ətraflı məlumat verilib.

"Azərbaycanla İran arasında münasibətlər növbəti mərhələyə qədəm qoymaq ərəfəsindədir. Pezeşkianın Bakıya gözlənilən səfəri bu istiqamətdə mühüm siyasi siqnal sayıla bilər. Bakı açıq şəkildə bu səfərə ümidlə yanaşır, lakin eyni zamanda İranla münasibətlərin əvvəlki dövrdən qalma ciddi yükünü də gündəmdə saxlayır. Bütün bu ikili dinamika - bir tərəfdən keçmişdən gələn narazılıqlar, digər tərəfdən isə gələcək vəd edən əməkdaşlıq - Azərbaycan-İran münasibətlərinin hazırkı reallığını əks etdirir.

Bakı realizmlə yanaşır: əvvəlki səhvlərdən nəticə çıxarıldığı təqdirdə, qarşılıqlı hörmət və maraqlar üzərində yeni səhifə açıla bilər. Əgər Tehran yeni administrasiyanın verdiyi mesajları real addımlarla tamamlayarsa, bu səfər təkcə siyasi jest yox, həm də münasibətlərin dönüş nöqtəsinə çevrilə bilər", - A.Qarayev bildirib.

A.Qarayev dövlət başçısının Çinlə münasibətlərə dair fikirlərini də xüsusilə qeyd edib.

"Çinlə strateji tərəfdaşlıq Bakı üçün sadəcə diplomatik deyil, həm də iqtisadi və texnoloji baxımdan əhəmiyyətlidir. Yaşıl enerji və nəqliyyat sahəsində Çin şirkətləri ilə əməkdaşlıq Azərbaycanın "yaşıl keçid" gündəliyinin sürətlə həyata keçirilməsində önəmli rol oynaya bilər. Həmçinin, müdafiə sahəsində əməkdaşlıq potensialı da tərəflər arasında münasibətlərin daha da dərinləşməsinə şərait yaradır. "Bir kəmər, bir yol" təşəbbüsündə Azərbaycanın fəal iştirakı isə onu Avrasiya üzrə nəqliyyat və logistika mərkəzinə çevirir. Bakı bu təşəbbüsə sadəcə sözlə deyil, ciddi sərmayə və infrastrukturla töhfə verir. Dövlət başımısı bu konteksdə konkret bildirirdi ki, "bu, çoxşaxəli münasibətdir, olduqca güclüdür və böyük gələcək potensialı var". Bütün bu proseslərin fonunda Azərbaycan-Çin münasibətləri yalnız ikitərəfli çərçivədə deyil, həm də Qlobal Cənub və multilateral platformalarda ciddi perspektivlər vəd edir", - o bildirib.

Politoloq vurğulayıb ki, ümumilikdə, forum çərçivəsində Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin suallarını cavablandırdı, hər kəsə geniş məlumat verdi.

"Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı həm daxili, həm də beynəlxalq gündəmin əsas istiqamətlərinə dair son dərəcə aktual və strateji əhəmiyyətli mövzulara toxundu. Ümumilikdə, dövlət başçısının çıxışı təkcə Azərbaycanın milli maraqlarını deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətində olan strateji məsələləri əhatə etdi. Bu çıxış həm bölgə dövlətləri, həm də qlobal güclər üçün vacib mesajlarla zəngin idi", - politoloq vurğulayıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Aprel 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see123

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see119

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see119

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see118

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri